UNEC-də ilk dəfə BMT modelinin “ECOSOC” şurasının formatında konfrans keçirilib
01.12.2015 [09:55]
Noyabrın 28-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Birləşmiş Millətlər Təşkilatının (BMT) modelinin “ECOSOC” şurasının formatında konfrans keçirilib. Konfransın məqsədi Azərbaycanda diplomatiya və beynəlxalq əlaqələr sahəsində təhsil alan tələbələri BMT-nin iş prinsipləri ilə yaxından tanış etmək və gələcəyin diplomatlarının hazırlanmasına töhfə verməkdir. Tələbələr öncədən verilmiş mövzu üzrə araşdırma aparmış və təyin olunduqları ölkələrin iqtisadiyyatını, tarixini və siyasi münasibətlərini öyrəniblər.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə dəstəyi və “UNEC Model UN” klubunun təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycanın 7 ali təhsil ocağından 50-yə yaxın yerli və əcnəbi tələbə iştirak edib. BMT-nin “Dayanıqlı İnkişaf Məqsədləri” proqramının qəbul olunmasına həsr edilən konfransda “Təbii resursların dayanıqlı istifadəsi” mövzusunda müzakirə aparılıb.
Rəsmi açılışda təhsil nazirinin müavini Firuddin Qurbanov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli, BMT-nin İnkişaf Proqramı Strateji Əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov çıxış ediblər. Qonaqlar məruzələrində keçirilən tədbirin əhəmiyyətindən, gənclərə verdiyi töhfədən danışıblar. Bildirilib ki, bu cür konfranslar tələbələrin dünyagörüşünü artırmağa, elmi debatlara olan marağı yüksəltməyə müsbət təsir edəcək.
Daha sonra öz işinə başlayan simulyasiya konfransında ölkə “deleqasiyalar”ı öz çıxışlarını ediblər. Tələbələr ölkələr üzrə təbii resursların səmərəli istifadəsindəki təkliflərini səsləndiriblər. Neft ixrac edən ölkələri təmsil edən tələbələr təbii resurslardan istifadənin qlobal proqramının hazırlanmasını təklif ediblər. Qlobal enerji təminatı və təhlükəsizlik siyasətinin formalaşdırılması üçün müəyyən “yol xəritəsi” müəyyənləşdirilib.
Konfransın formatına uyğun olaraq mövzu ətrafında iştirakçılar diskussiya xarakterli debatlar aparıblar. “Təbii resursların dayanıqlı istifadəsi” mövzusunun yekunu olaraq iştirakçılar tərəfindən qətnamə qəbul edilib.
İki gün davam edəcək konfransın bağlanış mərasimində iştirakçılar sertifikatlarla təltif olunacaqlar. Konfransda ən yaxşı 4 nümayəndə xüsusi “Ən yaxşı təmsilçilik” mükafatı ilə təltif ediləcək.
Xəbər lenti
Hamısına baxSosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52

