Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Qəbələdə yetişdirilən iribuynuzlu cins heyvanların Türkmənistana ixracına başlanılıb

Qəbələdə yetişdirilən iribuynuzlu cins heyvanların Türkmənistana ixracına başlanılıb

15.01.2016 [09:30]

Prezident İlham Əliyevin ötən ili “Kənd təsərrüfatı ili” elan etməsi Qəbələdə bu sahənin daha da inkişafına təkan verib. Rayonda heyvandarlığın inkişafı istiqamətində görülən işlərin müsbət nəticəsi kimi, 2015-ci ildə respublikamızda ilk dəfə olaraq Qəbələdən xarici ölkəyə iribuynuzlu cins damazlıq düyələr ixrac edilməyə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Gilan Holdinqin “Qəbələ-Aqro Kompleks” MMC tərəfindən yaradılan müasir heyvandarlıq kompleksi dövlətimizin başçısının iştirakı ilə 2013-cü ildə istifadəyə verilib. Müəssisə heyvandarlıq və bitkiçilik sahəsində inkişafını uğurla davam etdirir. Kompleksin nəzdində 2014-cü ildə damazlıq heyvandarlıq təsərrüfatı yaradılıb. Prezident İlham Əliyevin aqrar sahədə apardığı uğurlu islahatlar nəticəsində gündən-günə inkişaf edən bu heyvandarlıq kompleksi ilk dəfə olaraq Türkmənistana damazlıq düyələr ixrac etməyə başlayıb.
“Qəbələ-Aqro Kompleks” MMC-nin direktoru Oqtay Nağıyev bildirib ki, 2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi bu sahənin inkişafına təkan verib. Ümumilikdə, 244 baş damazlıq düyənin ixracı ilə bağlı Türkmənistanın heyvandarlıq kompleksi ilə müqavilə bağlanılıb. İlk mərhələdə kompleksdə yetişdirilən 32 baş cins damazlıq heyvan Türkmənistana yola salınıb. Müqaviləyə uyğun olaraq yaxın vaxtlarda digər heyvanların da göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, hazırda kompleksdə Avstriyadan gətirilmiş 1650 baş iribuynuzlu heyvan bəslənilir.

Paylaş:
Baxılıb: 702 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30