Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Biləsuvarda sahibkarlar rayonda sənaye parkının yaradılması təklifi ilə çıxış ediblər

Biləsuvarda sahibkarlar rayonda sənaye parkının yaradılması təklifi ilə çıxış ediblər

23.01.2016 [10:56]

Biləsuvarda ictimaiyyət nümayəndələri və sahibkarlarla keçirilən görüşdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin icrası, manatın məzənnəsinin dəyişilməsindən sonra süni qiymət artımı ilə bağlı görülən tədbirlər, kiçik və orta sahibkarlığın inkişafı, əhalinin rifah halının daha da yaxşılaşdırılması əsas müzakirə mövzusu olub. Sahibkarlar rayonda sənaye parkının yaradılması təklifi ilə çıxış ediblər.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev çıxışında rayonda daxili məhsulun 90 faizindən çoxunun özəl sektorun payına düşdüyünü, yüzlərlə hüquqi və fiziki şəxsin sahibkarlıqla məşğul olduğunu bildirib. İş adamlarına xüsusi qayğı ilə yanaşıldığını diqqətə çatdıran icra hakimiyyətinin başçısı vurğulayıb ki, son illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 412 sahibkarlıq subyektinə 26 milyon 692 min manat kredit verilib. Bunun nəticəsində illik istehsal gücü 60 min ton olan konserv zavodu, istehsal gücü 15 min ton olan “Biləsuvar Aqro” süd emalı zavodu, saatda gücü 380 ton olan asfalt-beton zavodu inşa olunub. Tutumu 4000 kubmetr olan soyuducu anbar, istehsal gücü 50 ton olan istixana kompleksi tikilib, 1129 yeni iş yeri açılıb. Aqrar sahənin sənaye əsaslarına keçirilməsi nəticəsində ötən il kənd təsərrüfatı məhsulunun həcmi 111 milyon 405 min manat olub.
Manatın məzənnəsinin dəyişilməsindən sonra rayonda ərzaq məhsullarının qiymətinin nəzarətdə saxlanılması və əhaliyə keyfiyyətli məhsulların təqdim olunması də müzakirə edilən məsələlər sırasında olub. Bildirilib ki, bu məqsədlə rayon icra hakimiyyətində xüsusi komissiya fəaliyyət göstərir. Mütəmadi olaraq çörəkbişirmə sexlərində, un və çörək məmulatları satışı şəbəkələrində reydlər aparılır.
Sahibkarlar rayonda sənaye parkının yaradılması, pambıqçılıq, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, kənd təsərrüfatı məhsullarının istehlakçılara çatdırılması və digər məsələlərlə bağlı təkliflər veriblər.

Paylaş:
Baxılıb: 749 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30