Ales Karlyukeviç: Çingiz Əlioğlu Azərbaycanda Belarus ədəbiyyatının təbliğatçısıdır
26.01.2016 [10:16]
Məşhur Belarus ölkəşünası, jurnalist, publisist, “Mənəvi intibaha görə” mükafatının laureatı Ales Karlyukeviç Birlik ölkələrinin “Sozvuçiye” ədəbiyyat və publisistikası populyar internet resursunda Azərbaycanın tanınmış şairi, Əməkdar İncəsənət Xadimi və Əməkdar Mədəniyyət İşçisi, bir sıra beynəlxalq və milli mükafatlar laureatı Çingiz Əlioğlu haqqında məqalə dərc edib. Məqalə müəllifi azərbaycanlı söz ustasının böyük və şərəfli yaradıcılıq yolu haqqında geniş məlumat verib. Vurğulayıb ki, Çingiz Əlioğlu, həmçinin tərcüməçi kimi də fəaliyyət göstərir. Onun ikicildlik “Dünya ədəbiyyatı antologiyası” Azərbaycanda geniş yayılıb. Birinci cilddə Şərq və Qərb ölkələri şairlərinin əsərlərindən nümunələr, ikincidə isə Belarus ədəbiyyatından tərcümələrin də yer aldığı nəsr nümunələri təqdim edilib.
Məqalə müəllifi xüsusilə vurğulayır ki, Ç.Əlioğlu Belarusun köhnə dostudur və mədəni əlaqələrimizin möhkəmləndirilməsi üçün bir çox işlər görür. O, Belarus Ədəbiyyatı Gününün daimi qonağıdır, müxtəlif ölkələrdən olan həmkarları ilə təcrübə mübadiləsi aparmaq üçün Minsk Beynəlxalq Kitab Sərgisi və Yarmarkasında müntəzəm iştirak edir. Ç.Əlioğlunun səyləri nəticəsində Belarus ədəbiyyatını Azərbaycanda yaxşı tanıyırlar.
A.Karlyukeviç yazır: “O, Azərbaycan mətbuatında məqalə və müsahibələrində ölkəmiz, mədəniyyətimiz, milli kitab nəşrimiz haqqında dərin hörmət və səmimiyyətlə danışır. Hazırda Azərbaycanda müasir Belarus poeziyası toplusu nəşrə hazırlanıb. Azərbaycan dilində çıxacaq bu kitaba Belarus Respublikası Dövlət mükafatı laureatları Gennadi Paşkov, Mixas Başlakov, Mikola Metlitski, şairlər Ales Badak, Tatyana Sivets, Viktor Şnip və başqalarının əsərləri daxildir”.
Məqalədə, həmçinin bildirilir ki, Çingiz Əlioğlunun əsərləri Belarus dövri mətbuatında Belarus və rus dillərinə tərcümədə tez-tez dərc edilir. Azərbaycan şairi öz yaradıcılığında dəfələrlə Belarus mövzusuna müraciət edib, bu xalqın qəhrəmanlıq ənənələrini tərənnüm edərək Belarus haqqında bir sıra şeirlər yazıb. “Ürəkdən ürəyə: Belarus-Azərbaycan” kitabının hazırlanmasına xeyli qüvvə və əmək sərf edib. Nəşrdə ölkələrimizin müasir ədəbiyyatı təqdim olunub.
Məqalənin sonunda vurğulanır ki, Çingiz Əlioğlu Belarus Yazıçılar İttifaqının üzvüdür. Belarus Prezidentinin Fərmanı ilə “Fransisk Skorina” medalına layiq görülüb. Azərbaycanlı şair və tərcüməçi Belarus Yazıçılar İttifaqının “Ədəbiyyata verdiyi böyük töhfəyə görə” döş nişanı ilə təltif olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

