Xızı ictimaiyyəti qeyri-neft sektorunun inkişafı üçün atılan addımları yüksək qiymətləndirir
30.01.2016 [10:24]
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov yanvarın 29-da Xızı şəhərində ictimaiyyət nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr müzakirə edilib.
Rayonun idarə, müəssisə və təşkilatlarının, hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə çıxış edən Baş prokuror Zakir Qaralov ölkəmizin daha da inkişaf etdirilməsi üçün görülən işlərdən, aparılan islahatlardan danışıb. Bildirilib ki, son illər dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına müəyyən təsir etsə də, Prezident İlham Əliyevin əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi təxirəsalınmaz tədbirlər öz müsbət nəticəsini göstərib. Qiymətlərin süni surətdə qaldırılmasının qarşısını almağa yönəlmiş addımlar, bu məsələyə dövlət nəzarətinin gücləndirilməsi, ölkədə genişmiqyaslı iqtisadi islahatlara başlanılması, pensiya və müavinətlərin, dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda çalışanların əmək haqlarının artırılması insan amilinin dövlət siyasətinin mərkəzində dayandığının sübutudur.
Görüşdə Milli Məclisin deputatı Hacı Salayev çıxış edərək, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrdən danışıb. Bildirib ki, dünyada iqtisadi böhranın dərinləşməsinə baxmayaraq, ölkəmizdə nəzərdə tutulan bütün sosial proqramlar uğurla icra edilir.
Daha sonra rayon icra hakimiyyətinin başçısı Xəzər Aslanov son illərdə Xızıda görülən işlər barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Xızıya daim diqqət və qayğı göstərən Prezident İlham Əliyev rayonun inkişafı ilə bağlı bir neçə Sərəncam imzalayıb. Görülən işlər rayon əhalisi tərəfindən yüksək qiymətləndirilir.
Rayon ictimaiyyətinin nümayəndələri və sahibkarlar çıxış edərək, ölkəmizdə qeyri-neft sektorunun inkişafı üçün atılan addımları yüksək dəyərləndirdiklərini diqqətə çatdırıblar.
Görüşdə Xızı rayonunun daha da inkişafı ilə bağlı müraciət və təkliflər qeydiyyata alınaraq, onların həllinə kömək göstəriləcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 23:20
İdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29

