Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun hesabat konfransı keçirilib
03.02.2016 [09:31]
Fevralın 2-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ötənilki fəaliyyətinin yekunlarına dair hesabat konfransı və 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Fondun icraçı direktoru Fərhad Hacıyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasət nəticəsində digər istiqamətlərdə olduğu kimi, gənclər sahəsində də mühüm nailiyyətlərin qazanıldığını vurğulayıb. O bildirib ki, bu gün Azərbaycan dövləti vətənpərvər gəncləri ilə fəxr edir. Hazırda Azərbaycanda sağlam, fəal gənclər yetişir, inkişaf edir və ölkəmizin dinamik inkişafında mühüm rol oynayırlar. Bütün bu uğurların təməlində xalqımızın Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti dayanır.
Sonra Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətov qurumun fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Bildirilib ki, bu günədək Gənclər Fondunda qeydiyyatdan keçmiş 6835 resipiyent var. Onlardan 324-ü qeyri-hökumət gənclər təşkilatıdır. Qeydiyyatdan keçənlərin 4714-ü fərdi şəxslərdir. Ötən il altıncı və yeddinci qrant müsabiqələri keçirilib. Altıncı müsabiqə üzrə 1248 layihə daxil olub ki, onlardan 400-ü dəstəklənib. Həmin layihələrdən 1087-si fərdi layihələr olub. Yeddinci qrant müsabiqəsi üzrə isə təqdim edilən 1126 layihədən 468-i dəstəklənib. Fərdi şəxslər tərəfindən 946 layihə təqdim edilib. Gənclər Fondunun dəstəklədiyi layihələrdə indiyədək üç minə yaxın şəxs işlə təmin olunub.
Fondun gənclərə fəal dəstək verilməsini bundan sonra da davam etdirəcəyini vurğulayan F.Qürbətov əlamətdar gün münasibətilə iştirakçılara təbriklərini çatdırıb.
Gənclər Fondunun Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov tədbirdə qurumun, o cümlədən Müşahidə Şurasının fəaliyyəti barədə ətraflı məlumat verib.
T.Süleymanov Fondun fəaliyyətinə ümumi nəzarəti həyata keçirən Müşahidə Şurasının üzvlərinin Azərbaycan Prezidenti tərəfindən təyin edildiyini diqqətə çatdırıb. Bildirib ki, Müşahidə Şurası, həmçinin müsabiqələrin keçirilməsi ilə bağlı lazımi sənədləri qəbul edir, müsabiqələri keçirir və onların nəticələrini elan edir. Ötən il Müşahidə Şurasının dörd iclasının keçirildiyini xatırladan T.Süleymanov müzakirələr nəticəsində Fondun fəaliyyətini tənzimləyən mühüm sənədlərin qəbul edildiyini diqqətə çatdırıb. Müşahidə Şurasının sədri Gənclər Fondunun saytında qeydiyyata alınmaq üçün təlimatın, müsabiqələrin keçirilməsi, Fonda müraciət edən gənclərin və təşkilatların hansı göstəricilərə malik olması, layihələrin hazırlanması və qiymətləndirilməsi qaydalarının yer aldığını bildirib. Həmçinin gənclərin beynəlxalq tədbirlərdə iştirakı üçün səfər qrantlarının verilməsi qaydalarının və s. sənədlərin hazırlandığı, eyni zamanda, təqdim olunan layihələrin qiymətləndirilməsi meyarlarının müəyyənləşdirildiyi qeyd edilib.
Müşahidə Şurasının sədri deyib ki, ötən il keçirilən yeddinci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 468 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən ümumilikdə 2 milyon 560 min manat vəsait ayrılıb: “Biz ötən il səkkizinci qrant müsabiqəsini elan etmişik. Artıq həmin müsabiqə çərçivəsində layihələr təqdim olunub. Hazırda Fondun aparatında həmin layihələrin öyrənilməsi prosesi gedir. Sonra layihələr Müşahidə Şurasına təqdim olunacaq. Bundan sonra - təxminən mart ayında bu müsabiqəyə də yekun vuracağıq”.
Tahir Süleymanov bildirib ki, Gənclər Fonduna maraq ildən-ilə artır. Buna görə də müsabiqələrdə təqdim olunan layihələrin də sayı artır. Son dörd ildə Fond tərəfindən 2333 layihə dəstəklənib və onların həyata keçirilməsi üçün 13,5 milyon manatdan çox vəsait ayrılıb. Həmin layihələrin təxminən üçdə birini gənclər təşkilatları irəli sürüb, 1500-dən çox layihə isə 14-29 yaşlı gənclər tərəfindən təqdim edilib. Ümumiyyətlə, fərdi layihələr vasitəsilə daha çox gənci, regionu və yaşayış məntəqəsini əhatə etməyə nail olmuşuq.
Müşahidə Şurasının sədri yanvarın 29-da ölkə gəncləri ilə görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Fondun fərdi şəxslərə qrant vermək praktikasını yüksək qiymətləndirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev Azərbaycanda gənclər sahəsində qarşıya qoyulan vəzifələrin yerinə yetirildiyini vurğulayaraq bu istiqamətdə görülən işlərdən danışıb. Nazir müavini Azərbaycanda gənclərə dövlət qayğısı siyasətinin bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini bildirib.
Hazırda dünyada innovasiya və informasiya texnologiyaları dövrünün yaşandığını vurğulayan Milli Məclisin gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycan gəncləri yeni dövrün tələb və çağırışlarına hazır olmalıdırlar. O, son illərdə Azərbaycan dövlətinin ölkəmizin inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin geniş təbliğ olunmasının əhəmiyyətini xüsusi vurğulayıb. Deputat bunun üçün Azərbaycanın sürətli inkişafını, qazandığı uğurları təbliğ edən layihələrin reallaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Nərgiz Xələf və digərləri çıxışlarında ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından, bu sahəyə göstərilən diqqət və qayğıdan danışıblar.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

