Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Apellyasiya Şurası yaradılıb

13.02.2016 [11:20]

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Apellyasiya Şurası və Şuranın Katibliyi yaradılıb, onların tərkibi təsdiq edilib.
DQİDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin şikayətlərinə baxılması sahəsində şəffaflığın və obyektivliyin təmin edilməsi, bu sahədə şəxslərin hüquqlarının və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə yaradılan Şuraya Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı sədr təyin olunub. Altı nəfərdən ibarət Apellyasiya Şurasına Dövlət Komitəsinin mərkəzi aparatına daxil olan şöbələrin müdirləri, katibliyə isə Komitənin məsul əməkdaşları daxildir.
Qeyd edək ki, Apellyasiya Şurası Bakı şəhəri Əhməd Cavad, 12 ünvanında - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin inzibati binasında fəaliyyət göstərəcək.

Paylaş:
Baxılıb: 747 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Siyasət

YAP xəbərləri

Gündəm

Ədəbiyyat

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30