Tərtər rayonunda 2015-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
23.02.2016 [09:38]
Tərtər rayonunda 2015-ci ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib. Yığıncaq iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanındakı abidəsi önünə gül-çiçək dəstələri düzüb, 2015-ci ildə rayonun sosial-iqtisadi göstəricilərini əks etdirən stendlərə, istehsal edilən məhsullara və videoslayda baxıblar.
Gənclər Mərkəzində keçirilən yığıncaqda Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ötən il Tərtərdə infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, əhalinin sosial-iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində tədbirlər uğurla davam etdirilib. Bu dövrdə Tərtər şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının tikintisi başa çatdırılaraq istifadəyə verilib. Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılıb. Tərtər şəhərinin V.Orucov, T.Rəhimov, S.Vurğun, R.Kərimov və M.Hüseynzadə küçələrində 21,9 min kvadratmetr asfalt-beton örtüyü salınıb.
Hesabat ilində rayonun 14 yaşayış məntəqəsi qazlaşdırılıb. Hazırda Tərtər şəhərində 100 yerlik uşaq bağçasının, şahmat məktəbinin tikintisi, Qaradağlı-Seysulan avtomobil yoluna asfalt-beton örtüyünün salınması, Seydimli, Sarov, Kəbirli, Xoruzlu, Dəmirçilər, Ağkənd, Azad Qaraqoyunlu, Aşağı Qapanlı, İlxıçılar, Bəyimsarov kəndlərində qazlaşdırma işləri davam etdirilir.
Bildirilib ki, keçən il İqtisadiyyat Nazirliyinin Sahibkarlara Kömək Milli Fondu tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalına görə 34 sahibkara 359,2 min manat güzəştli kreditlər verilib. Əkinlərin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə rayonun kəndlərində 14 subartezian quyusu qazılıb, 6 quyu bərpa olunub.
Qeyd olunub ki, ötən il Tərtər rayonunda ümumi məhsul istehsalının həcmi 125,8 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrünə nisbətən 15,1 faiz çoxdur. Ümumi məhsulun 5,6 milyon manatını sənaye, 48,1 milyon manatını kənd təsərrüfatı, 26,4 milyon manatını tikinti və quraşdırma işləri təşkil edib. Sənaye məhsulunun həcmi 1,9 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 7,2 faiz, tikinti-quraşdırma işlərinin həcmi 2,2 dəfə çoxalıb.
Sonra rayon prokuroru Azər Hətəmov, Təhsil şöbəsinin müdiri Surxay Mirzəyev, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov, Tərtər Zona Bölgə Təcrübə stansiyasının direktoru Mehman Abdullayev, Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidov, Bəyimsarov kəndindən fermer Habil İbrahimov məruzə ətrafında çıxış edərək təmsil etdikləri sahələr üzrə görülən işlərdən, əldə olunan uğurlardan, mövcud problemlərin aradan qaldırılması yollarından danışıblar.
Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Arif Novruzov, Milli Məclisin deputatları Sahib Alıyev və Ağalar Vəliyev çıxış ediblər.
Sonda qərar layihəsi oxunub, yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07
Analitik
01 May 11:01
Gündəm
01 May 10:52
Siyasət
01 May 10:39
Gündəm
01 May 10:16
Gündəm
01 May 09:54
İqtisadiyyat
01 May 09:30
Analitik
01 May 09:13
Sosial
01 May 08:51
Sosial
01 May 08:39
Gündəm
30 Aprel 23:59
Dünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
İdman
30 Aprel 22:02
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17

