Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb
17.03.2016 [10:10]
Martın 16-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) Novruz bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Mükafatlandırılma mərasimində ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, yazıları qiymətləndirən ekspertlər və müsabiqədə qalib olmuş jurnalistlər iştirak ediblər.
Mərasimdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli öncə tədbir iştirakçılarını Novruz Bayramı münasibəti ilə təbrik edib, onlara yeni uğurlar və nailiyyətlər arzulayıb.
Müsabiqə barədə geniş məlumat verən V.Səfərli bildirib ki, müsabiqəyə 62 kütləvi informasiya vasitəsindən 155 yazı təqdim edilib: “Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və Fondun Müşahidə Şurasının qərarı ilə 15 istiqamət üzrə altı qalib müəyyən edilib. Onlardan ikisi ikinci yer, üçü üçüncü yer və biri birinci yerin qalibi olub. Yazılar 12 ekspert tərəfindən qiymətləndirilib və ən yüksək bal toplayan jurnalistlər müşahidə şurasının qərarı ilə mükafatlandırılıb”.
Mərasimdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov iştirakçıları salamlayaraq, qarşıda gələn Novruz Bayramı münasibəti ilə təbrik edib. Sonra Ə.Amaşov jurnalist əməyi barədə danışıb.
Millət vəkili qeyd edib ki, bu il keçirilən müsabiqədə əvvəlkilərdən fərqli olaraq iştirakçıların sayı daha çox olub: “Təqdim edilən məqalələr keyfiyyət baxımından kifayət qədər yüksəlib. Yazarlar çalışırlar ki, faktları düzgün işlətsinlər, mənbələri etibarlı olsun. Bu da jurnalistikanın peşəkarlığının artmasında kifayət qədər böyük inkişafdır”.
Sonra tədbirdə Fondun ekspertləri müsabiqələrə təqdim edilmiş yazılar barədə fikir və rəylərini bildiriblər.
Ekspertlər jurnalistlərə Fondun təşkil etdiyi müsabiqələrə daha yaradıcı yanaşmağı, tədqiqat və araşdırmalara geniş yer ayırmağı, fərdi və orijinal yazı üslubuna üstünlük verməyi tövsiyə ediblər.
Sonda qaliblərə mükafatlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

