“ADA” Universitetində Təhsil Siyasəti və Tədqiqatı Forumu keçirilib
19.03.2016 [10:18]
Martın 18-də “ADA” Universitetində bu ali məktəbin, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin, Müasir Təhsil və Tədrisə Yardım Mərkəzinin birgə təşkilatçılığı ilə “Yerli və beynəlxalq təhsil təcrübələrinin yaxınlaşması” mövzusunda Təhsil Siyasəti və Tədqiqatı Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, forumda “ADA” Universitetinin rektoru Hafiz Paşayev rəhbərlik etdiyi ali məktəbin bu tədbirə ev sahibliyi etməsindən məmnunluğunu bildirib. Rektor bu əməkdaşlığın təhsilə töhfə verəcəyinə inamını ifadə edib. Ölkəmizdə təhsilə xüsusi diqqət göstərildiyini vurğulayan H.Paşayev yüksək ixtisaslı, bacarıqlı mütəxəssislərin hazırlanmasının əhəmiyyətindən danışıb. Universitetin nəzdində ABŞ-ın Miçiqan Universiteti ilə birgə təsis edilmiş və fəaliyyət göstərən təhsilin idarəedilməsi fakültəsi barədə məlumat verən rektor bu fakültənin təhsil sahəsində bacarıqlı menecerlərin hazırlanması zərurətindən yarandığını söyləyib.
Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə elmin, təhsilin inkişafına dövlət qayğısından danışıb. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq bu istiqamətdə sistemli işlərin həyata keçirildiyini vurğulayıb. Nazir bu istiqamətdə görülən işlərin əsas məqsədinin ölkəmizin təhsil sistemini təkmilləşdirmək, Azərbaycanın iqtisadi və sosial maraqlarını təmin edəcək mütəxəssislər yetişdirmək olduğunu bildirib. Forumun ölkəmiz üçün əhəmiyyətini vurğulayan nazir aparılan tədqiqatların cəmiyyətə çatdırılmasında belə tədbirlərin böyük rol oynadığını bildirib. “Azərbaycan üçün öyrət” adlı yeni milli təhsil proqramından danışan M.Cabbarov layihənin məqsədinin keyfiyyətli təhsil imkanları yaratmaqla yeni nəsil intellektual və fəal gənclərin formalaşmasına kömək etmək olduğunu söyləyib. Təhsil naziri foruma təqdim olunan hər bir tədqiqatın araşdırılacağını və onların təhsil sistemində tətbiqinə nazirlik tərəfindən kömək göstəriləcəyini bildirib.
Sonra 25 tədqiqat işi arasından seçilən yeddi layihənin təqdimatı keçirilib, mövzulara dair videoçarxlar göstərilib.
Qaliblər mükafatlandırılıblar.
Xəbər lenti
Hamısına baxSiyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39

