Vətən sevgisi şəhidlərimizi Tanrı dərgahında müqəddəs məkan sahibinə çevirdi
09.04.2016 [10:28]
Son günlər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş hadisələr Azərbaycan dövlətinin və Azərbaycan xalqının qüdrətini nümayiş etdirdi. Ordumuzun qətiyyəti sayəsində işğal olunmuş ərazilərin bir hissəsinin geri alınması, bir neçə yüksəklikdən və vacib döyüş mövqeyindən düşmənin geriyə oturdulması, həqiqətən də, tarixi qələbə və Qarabağ müharibəsində bir dönüş nöqtəsidir. Bu hadisələr onu bir daha sübut etdi ki, Azərbaycanın rəşadətli ordusu Ali Baş Komandanın istənilən əmrini dərhal yerinə yetirməyə, düşmənin təxribatının qarşısını almağa, tapdaq altında qalmış torpaqlarımızı işğaldan azad etməyə, tarixi missiyanı şərəflə yerinə yetirməyə hər an hazırdır. Bu günlər həm də onunla səciyyələnir ki, bütün dünya Azərbaycan xalqı ilə Azərbaycan Ordusunun vəhdətinə şahidlik etdi, bu xalqın necə vətənpərvər və yurdsevər olduğunu hiss etdi. Düşmən Azərbaycan Ordusunun gücünü görüb vahiməyə düşmüş fərarilərin qarşısını kəsmək üçün postlar qurduğu bir zamanda Azərbaycanın bütün rayonlarından cəbhə bölgəsinə axışan gənclərin, veteranların sayı anbaan artmaqda idi. Hər kəs qələbə üçün bacarığını və imkanını böyük səmimiyyətlə təklif edir və bunu Vətən qarşısında özünə müqəddəs borc hesab edirdi.
Bu qələbənin bir özəlliyi də ondadır ki, xalqımız şəhidlərini ah-nalə, qəm və kədərlə deyil, böyük bir coşqu və alqış sədaları altında qarşılayıb son mənzilə yola saldı. Çünki bu qələbə məhz onların qanları və həyatları hesabına başa gəldi, məhz belə övladların şücaəti və mərdliyi sayəsində ordumuz əhəmiyyətli tarixi qələbəyə imza ata bildi. Erməni qəsbkarları layiqli cavablarını aldılar və bizdən qat-qat artıq canlı qüvvə və texnika itkisinə məruz qaldılar. Lakin bizim təsəllimiz və təskinliyimiz bu deyil və hamı - dost da, düşmən də anladı ki, Azərbaycan xalqı doğma torpaqlarımızın azadlığı uğrunda bütün imkanlarını səfərbər etməyə hazırdır. Bu günlərdə ölkə paytaxtında və bölgələrdə yüksək coşqu ilə keçirilən möhtəşəm yürüşlər və toplantılar söylənənlərə sübutdur.
Qanlı döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizin siyahısında ölkəmizin müxtəlif regionlarını təmsil edən şəhidlərin adları var. Füzuli rayonu da bu tarixi qələbənin əldə olunması zamanı ən çox şəhid verən rayonlarımızdandır. Dədəli kəndindən mayor Əliyev Elnur Adil oğlu, Əhmədalılardan gizir Həmidov Orxan İbrahim oğlu, Yuxarı Əbdurahmanlı kənd sakini, müddətdən artıq hərbi xidmət keçən çavuş Quliyev Səyyar Knyaz oğlu və Qaraxanbəylidən əsgər Hüseynov Əlvan Qafar oğlu da Vətən uğrunda şəhidlik zirvəsini fəth etdilər. Onların hamısı öz el-obalarından didərgin düşmüş, Qarabağ həsrətini çəkən ailələrin nümayəndələridir. Vətən sevgisi onları Tanrı dərgahında müqəddəs məkan sahibinə çevirdi.
Mayor Elnur Əliyev bu yolu böyük qardaş kimi qayğılarını çəkdiyi tabeliyində olan əsgərləri ölümdən xilas etmək üçün özünü düşmən qumbarasının üzərinə atmaqla seçdi. O, cəbhə yoldaşlarının həyatını 2 azyaşlı övladının atasızlığından üstün tutdu və bununla həm də yüksək mənəviyyat nümunəsi göstərmiş oldu. Müdafiə Nazirliyində xidmət edən mayor rütbəli qardaşı Amid söyləyir ki, hərbçi peşəsini Elnurun tövsiyəsi ilə seçib, məhz Elnurun nümunəsinə görə həm də qohumlarının arasında bu sahədə xidmət edənlər çoxdur. Elnur deyirdi ki, nə qədər ki, torpaqlarımız işğal altındadır, bizim hamımız, ilk növbədə, əsgər olmalıyıq. Bəlkə, elə buna görədir ki, biz onun Bala Bəhmənli kəndində keçirilən yas mərasimində ailə üzvlərinin, qohumlarının hamısını çox təmkinli, dik və məğrur gördük. Burada bir fəxarət və qürur ab-havası hökm sürürdü. Bu, çox təsirli və ibrətamiz bir səhnə idi...
Səyyar 1986-cı ildə Füzuli rayonunun Yuxarı Əbdürəhmanlı kəndində anadan olmuşdu. Kənd işğala məruz qalanda onun cəmi 7 yaşı vardı, lakin kəndlərinin füsunkar gözəlliyi, təbiəti onun uşaqlıq xatirələrinə əbədi həkk olunmuşdu. Bəlkə, elə müddətdən artıq hərbi xidmətə onu bu hisslər çəkib aparmışdı. Şəhid Səyyar Quliyevin 4-cü Zobucuq qəsəbəsində təşkil olunmuş dəfn mərasiminə bütün rayon ictimaiyyəti və çoxsaylı sakinlər toplaşmışdılar. Hər kəs onun mərd və cəsur bir gənc olduğundan danışırdı. İnanırıq ki, cəmi 3 ay öncə ailə həyatı qurmuş Elnurun dünyaya göz açacaq övladı üzünü görmədiyi atasının şəhid adı ilə fəxr edəcək.
Cəbhənin təmas xəttində yerləşən Əhmədalılar kəndində yaşayan gizir Orxan Həmidov son dəfə döyüşə yollanan zaman balaca Fəridin və Vüsalın “Ata nə vaxt gələcəksən” sualına onları bağrına basaraq “Qarabağı ermənilərdən azad edib gələcəyəm” deyə cavab vermişdi. İbrahim kişinin vəfatından sonra evin sonbeşiyi kimi ata yurdunun ocağını sönməyə qoymayan Orxan şəhid ocağını məhz bu körpələrə həvalə edərək əbədiyyətə qovuşdu.
Şəhidlərin dəfn və yas mərasimlərindən döndüyümüz zaman 5-ci Zobucuq qəsəbəsində yaşayan müddətdən artıq hərbi xidmət keçən əsgər Əlvan Hüseynovun da çox vacib strateji hərbi mövqe olan Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşdə həlak olduğunu eşitdik. Hələ kiçik yaşlarından anasını itirmiş Əlvan özündən 2 yaş böyük qardaşı Qulu ilə bərabər atası Qafar kişinin yeganə təsəllisi idilər. Onların hər ikisi peşəkar hərbçi kimi Vətən torpaqlarının keşiyində durmağı özlərinə həyat yolu seçdilər. Qürurvericidir ki, Qulu bu gün də cəbhənin ən qaynar nöqtələrində şəhid qardaşının qisasını almaqdadır. Çox mətin və vətənpərvər gənc olan 20 yaşlı Əlvanın Azərbaycan dövlətinə və millətinə hədsiz sevgisi vardı. Ata-baba yurdunu azad görmək və çiynində Azərbaycan bayrağı ilə Qaraxanbəylidə toy-düyün sədaları altında rəqs etmək onun ən böyük arzusu idi. Onun qalib ruhu bu gün o torpaqları dolaşmaqdadır.
Haqq uğrunda, torpaq uğrunda canını qurban verən insanlar Ana Vətənin və Ali Baş Komandanın çağırışını hər şeydən üstün tutdular. Ona görə də Azərbaycanın əzəli torpaqlarına göz dikən düşmənlər bilməlidirlər ki, xalqımızın igid övladları, qüdrətli milli ordumuz ayağa qalxıb tezliklə öz torpaqlarını azad edəcək, şəhidlərimizin müqəddəs ruhları qarşısında öz vicdan borclarını verməklə zəfər marşını çalacaqlar.
Bahar Muradova,
Milli Məclisin sədr müavini,
İnsan hüquqları komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03

