“Bakcell”ə yeni baş icraçı direktor təyin olunub
21.05.2016 [10:27]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan “Bakcell” şirkətinə yeni baş icraçı direktor təyin olunub. Bu münasibətlə təşkil olunan tədbirdə Nikolai Bekers KİV nümayəndələrinə təqdim olunub. Bildirilib ki, telekommunikasiya sahəsində bir sıra rəhbər vəzifələrdə çalışmış cənab Bekers “Bakcell”ə gəlməzdən əvvəl Rumıniyada Almaniyanın “Deutsche Telekom” telekommunikasiya qrupunun baş icraçı direktoru vəzifəsində çalışıb. Bu sahədə 20 illik zəngin beynəlxalq təcrübəyə malik olan cənab Bekers həmçinin “T-Systems Fransa” şirkətinin prezidenti, “Makedonski Telecom” şirkətinin baş icraçı direktoru, “Deutsche Telecom France SAS” şirkətinin prezidenti vəzifələrində işləyib və İndoneziya, Malayziya, Sinqapur və Filippin kimi ölkələrdə telekommunikasiya sənayesi üzrə müxtəlif vəzifələrdə çalışıb. O, yeni layihələrin həyata keçirilməsi, biznesin inkişaf etdirilməsi, internet və mobil rabitə xidmətləri göstərən şirkət və müəssisələrin yenidən qurulması və strategiyanın planlaşdırılması mərhələsindən, bazara çıxış strategiyasının hazırlanması və korporativ mədəniyyətdə müsbət dəyişikliklərin həyata keçirilməsinə qədər müxtəlif sahələrdə uğurlu fəaliyyətinə görə fərqlənib.
Cənab Bekers INSEAD biznes məktəbinin və Köln Universitetinin MBA (Biznesin İdarə Edilməsi üzrə magistr) diplomuna sahibdir.
“Son zamanlar dünyada yaşanan çətin iqtisadi vəziyyət Azərbaycandan da yan keçməyib. Telekommunikasiya sahəsi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur və şübhəsiz ki, mövcud iqtisadi durum bu biznes sahəsinin qarşısında da çətin və mürəkkəb vəzifələr qoyur. Buna baxmayaraq, “Bakcell” ölkənin telekommunikasiya bazarında olduqca güclü mövqeyə sahibdir və mən inanıram ki, biz öz şəbəkəmizə və təqdim etdiyimiz yeni xidmətlərə investisiya qoyuluşlarını davam etdirərək, bu çətinliklərin öhdəsindən gələcək və “Bakcell” şirkətinin peşəkar və səmimi işçi heyəti ilə birlikdə daha böyük və parlaq nəticələrə nail olacağıq”, - deyə Nikolai Bekers bildirib.
Tədbirdə həmçinin uşaqlar üçün internetdən istifadənin daha təhlükəsiz olmasını təmin edən yeni internet paketlərinin də təqdimatı keçirilib. Qeyd olunub ki, “Bakcell” şirkətinin təklif etdiyi bu yeni internet paketləri və “Enginet” şirkətinin təklif etdiyi “İnternet Filtrasiya Xidməti” sayəsində “Bakcell” abunəçiləri öz uşaqlarının internetdən təhlükəsiz istifadə etməsini təmin edə biləcəklər.
Bildirilib ki, “Enginet” şirkəti tərəfindən istifadə edilən “Websense” filtrasiya sistemi tərkibində uşaqlar üçün zərərli informasiya daşıyan 90 tematik qrup üzrə 18 milyon veb-səhifəyə çıxışı məhdudlaşdırır. Təhlükəsiz internet paketlərini alan “Bakcell” müştəriləri daxil olduqları veb səhifələri filtrasiya edərək, öz uşaqlarını bir sıra zərərli məzmunlu (çılpaqlıq və seksual məzmun, cinsi tərbiyə, narkotiklər, qumar oyunları, davakar və ekstremist fəaliyyət, zorakılıq və s.) məlumatlardan qoruyacaq.
“Əslində, düzgün istifadə olunduğu halda internet uşaqların inkişafı üçün çox faydalıdır və bu gün o, təhsil sisteminin olduqca mühüm bir tərkib hissəsidir. Bununla belə, biz valideynlər uşaqlarımızın internetdən necə istifadə etmələrinə hər an nəzarət edə bilmirik. Bizim təklif etdiyimiz yeni paketlər də məhz bu problemin həllinə yönəlib. İnanırıq ki, öz uşaqlarının internetdə yalnız təhlükəsiz məzmuna baxmasını istəyən valideynlər üçün bu təklif olduqca cəlbedici olacaq”, - deyə “Bakcell”in baş marketinq və satış direktoru Fedja Hadziç bildirib.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21

