Türkiyənin “Şimdi” ansamblı Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalının səhnəsində
29.06.2016 [10:01]
Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı çərçivəsində iyunun 28-də günorta saatlarında XVIII əsrə aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki xanlarının sarayının həyətində Türkiyənin “Şimdi” ansamblının konserti olub.
AZƏRTAC xəbər verir ki, konsertdə şəhər İcra Hakimiyyəti, Azərbaycan Bəstəkarlar İttifaqı və TÜRKSOY-un rəsmiləri, festivala dəvət olunan qonaqlar, həmçinin musiqisevərlər iştirak ediblər.
Konsertdən əvvəl məlumat verilib ki, “Şimdi” ansamblı Anadoluda sufi ənənəsinin mövcudluğu və inkişafı baxımından yeni bir layihədir. Ansambl müasir zamanda sufi ənənəsinin ən parlaq simalarından olan müğənni və bəstəkar Bora Uymaz tərəfindən təsis edilib. Ansamblın heyətinə Əli Polattemir (ney), Mehmet Yalqın (kamança), Volkan Ergen (zərb), Həsən Kiriş (tənbur) və Şirin Pancaroğlu (ling arfa) daxildir.
“Şimdi” ansamblının yaradıcı meyarı - keçmişin və gələcəyin əsasında olan bu günün çarpazlaşan məqamlarını izləmək, keçmişdə yerini taparaq, gələcəyə hazırlıqlı olmaqdan ibarətdir. Bu, ansamblın ifaçılığından yaranan fəlsəfi görüşlərdir. Musiqiçilərin ifa etdikləri himnlər, mahnılar, qəsidələr, təqsimlər, qəzəllər və instrumental əsərlər məqamlara əsaslanır və qədim köklərə malikdir.
Arfa sənətçisi Şirin Pancaroğlu həm klassik və ənənəvi türk musiqisi, həm də populyar janrları əhatə edən və müasir üslubda bəstələnən əsərlərin mahir ifaçısıdır. O, Türkiyədə və xarici ölkələrdə keçirilən bir çox nüfuzlu musiqi festivallarının iştirakçısıdır.
Konsertdə ansamblın təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda təşkilatçılar adından kollektivə xatirə olaraq festivalın rəmzi simvolu təqdim olunub.
Xatırladaq ki, festivalın proqramına uyğun olaraq, iyunun 28-də axşam saat 20.00-da Yay teatrında Türkiyənin xalq mahnı və rəqs ansamblının konserti olacaq.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

