Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Rusiyada Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referenduma dəstək tədbirləri keçiriləcək

Rusiyada Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referenduma dəstək tədbirləri keçiriləcək

18.08.2016 [11:48]

Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referenduma Rusiya Federasiyasında dəstək tədbirlərinə start verir.
RAGB-ın idarə heyətindən AZƏRTAC-a bildiriblər ki, referendumu dəstəkləmək üçün Moskvada və Sankt-Peterburqda “Azərbaycanda Konstitusiya islahatları” mövzusunda “dəyirmi masa”lar keçiriləcək.
Tədbirlər çərçivəsində ekspertlərin, diplomatların, ictimai xadimlərin, habelə diaspor və gənclər təşkilatlarımızın nümayəndələrinin çıxışları planlaşdırılır. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının müzakirəsinə hüquq institutlarının tələbələri, politoloq və iqtisadçılar dəvət edilir.
Tədbirlər sentyabrın birinci yarısında keçiriləcək.

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31