Heydər Əliyev siyasətində azərbaycançılıq: multikulturalizm milli mənəvi dəyərlərimizdəndir
26.08.2016 [09:26]
Bərdə rayon mərkəzi kitabxanasında rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev siyasətində azərbaycançılıq: multikulturalizm milli-mənəvi dəyərlərimizdəndir” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, gənclərə milli mənəvi və əxlaqi dəyərlərin aşılanması məqsədilə təşkil olunan tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin, Gənclər və İdman İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölməsinin nümayəndələri, rayon “Cümə” məscidinin axundu, ümumtəhsil məktəblərinin uşaq birliklərinin sədrləri və fəal gənclər iştirak ediblər.
Rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Aydın Qasımov tədbirdə çıxış edərək, Azərbaycanda tarixən formalaşan multikulturalizm ənənələrindən danışıb. Bildirib ki, multikulturalizm bir ideya və termin kimi ilk dəfə Qərbdə, Avropada meydana çıxsa da, Azərbaycanda həyat tərzinə çevrilib.
Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Eldəniz Səfərov çıxışında bildirib ki, insanları yaxınlaşdıran, xalqları sülh, sabitlik, mehribanlıq, qarşılıqlı hörmət naminə birləşdirən multikulturalizmin təbliği vacib və aktualdır. Bu baxımdan ölkəmizdə Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması, 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi mühüm əhəmiyyət kəsb edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Rahib İbrahimov, “Cümə” məscidinin axundu Ramazan Hüseynov çıxışlarında ölkəmizdə multikulturalizm ənənələrinin qorunub saxlanması və inkişaf etdirilməsi istiqamətində həyata keçirilən dövlət siyasətindən danışıblar. Bildirilib ki, Ümummilli lider Heydər Əliyev dövlət-din münasibətlərinin sivil prinsiplərə uyğun tənzimlənməsində, dini etiqad və vicdan azadlığının təminatında, dini-mənəvi, əxlaqi-etik dəyərlərin yaşayış normalarına çevrilməsində müstəsna xidmətlər göstərib. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, milli-mənəvi dəyərlərimizin inkişafı, azərbaycançılıq ideyasının təbliği istiqamətində önəmli addımlar atılır.
Tədbirdə mövzu ilə bağlı gəncləri maraqlandıran suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

