Azərbaycan mediası dini radikalizmlə mübarizədə daha fəal olmalıdır
26.08.2016 [09:30]
Avqustun 25-də Mətbuat Şurasında “Azərbaycan mediası dini radikalizmə qarşı” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Prezident Administrasiyasının nümayəndəsi, Milli Məclisin deputatları, bir sıra media qurumlarının nümayəndələri iştirak ediblər.
Mətbuat Şurasının sədri Əflatun Amaşov dini radikalizmə, ayrı-seçkiliyə qarşı mübarizədə medianın artan rolundan bəhs edib. Bildirib ki, Azərbaycan tolerant ölkədir və respublikamızda mövcud olan bu mühitin təbliğində, bəzi xarici qüvvələrin dindən sui-istifadə cəhdlərinin qarşısının alınmasında medianın rolu böyükdür. Milli mənəvi və dini dəyərlərimizin təbliğ və təşviq edilməsində, dinin ictimaiyyətə düzgün formada çatdırılmasında media təmsilçilərinin üzərinə böyük öhdəlik düşür. Jurnalistlər dinimizin təbliğini məhz bu istiqamətdə təşkil etməli, dini radikalizmlə mübarizədə daha fəal olmalı, terrorizmə və ekstremizmə qarşı daha sərt mövqe tutmalıdırlar.
Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Bəhruz Həsənov dövlətimizin radikal dini cərəyanlara, terrorizmi dəstəkləyən qüvvələrə qarşı barışmaz mübarizə apardığını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra dünyaya inteqrasiya yolunu tutub. Ölkəmizdə radikal dini cərəyanlara yer yoxdur. Bununla bağlı medianın üzərinə düşən vəzifələrdən danışan B.Həsənov deyib: “Media yalnız informasiya ötürücüsü olmamalı, analitik yazılarla çıxış etməli, hadisələrə münasibət bildirməlidir. Azərbaycan mediası tarixən əhalini maarifləndirmək yolunu tutub, dini xurafata qarşı kəskin mübarizə aparıb. Müəyyən məsələlərdə dövlət və medianın mövqeyi üst-üstə düşməyə bilər. Amma söhbət ümummilli məsələdən gedəndə ortaq mövqe nümayiş etdirilməsi vacibdir. İctimaiyyət Azərbaycan mediasından məhz bunu gözləyir”.
Mövzu ətrafında müzakirələr zamanı Azərbaycanda dövlət-din münasibətlərinin normal məcrada inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Azərbaycan çoxkonfessiyalı ölkədir və burada bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Jurnalistlər bu yönümlü yazıları hazırlayarkən dindən sui-istifadə və dini siyasiləşdirmək cəhdlərini, bunun törədə biləcəyi fəsadları və digər bu kimi amilləri daim diqqətdə saxlamalı, bu mövzuya son dərəcə həssaslıqla yanaşmalıdırlar.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23

