Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Vətəndaş Cəmiyyəti” təşviqat qrupu Ağstafa şəhərində seçicilərlə görüş keçirib

“Vətəndaş Cəmiyyəti” təşviqat qrupu Ağstafa şəhərində seçicilərlə görüş keçirib

08.09.2016 [09:50]

Dünən Ağstafa şəhərində referendum üzrə “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun Azərbaycan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı seçicilərlə görüşü keçirilib. Görüşü giriş sözü ilə açan “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun səlahiyyətli nümayəndəsi Əkbər Qoşalı Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı məlumat verərək qeyd edib ki, Konstitusiyaya nəzərdə tutulan dəyişikliklər tarixi zərurətdən irəli gəlir. 26 sentyabrda keçiriləcək referendumda Konstitusiya ilə bağlı 29 maddə vətəndaşların müzakirəsinə təqdim olunacaq. Onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir.
Görüşdə çıxış edən “Vətəndaş Cəmiyyəti” təşviqat qrupunun üzvü, “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov qeyd edib ki, son illərdə Azərbaycanda həyata keçirilən islahatlar, abadlıq və quruculuq işləri insanların hüquq və azadlıqlarının qorunması sahəsində aparılan işlər zərurət yaradır ki, Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklər və əlavələr aparılsın.
Görüşdə həmçinin seçicilərin sualları cavablandırılıb.

Paylaş:
Baxılıb: 637 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31