Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mətbuat Şurası: Mitinqi işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb

Mətbuat Şurası: Mitinqi işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb

15.09.2016 [10:22]

Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun bir neçə gün öncə keçirdiyi mitinqi işıqlandıran jurnalistlərə qarşı hər hansı insident qeydə alınmayıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Mətbuat Şurasından məlumat verilib. Məlumatda bildirilir ki, aksiya zamanı jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələri ilə bağlı monitorinq aparılıb. Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə təşkil etdiyi monitorinq qrupuna bununla bağlı hər hansı müraciət edilməyib.
Monitorinq qrupunun üzvləri mitinqi işıqlandıran jurnalistlərin çox az qisminin üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olduqlarını qeydə alıb. Onlar bununla bağlı müvafiq tövsiyələrini veriblər.

Paylaş:
Baxılıb: 510 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31