Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Etika Akademiyasında “Abstrakt Dünyaya İctimai Baxış” adlı layihənin final mərhələsi keçirilib

Etika Akademiyasında “Abstrakt Dünyaya İctimai Baxış” adlı layihənin final mərhələsi keçirilib

16.09.2016 [13:41]

Etika Akademiyasında Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun VIII qrant müsabiqəsində qalib olmuş Nurlana Məmmədovanın “Abstrakt Dünyaya İctimai Baxış” adlı layihəsinin final mərhələsi keçirilib. Layihənin əsas məqsədi Azərbaycanda abstrakt yaradıcılıq metodunun inkişafına dəstək olmaq, gənclərin abstrakt incəsənət sahəsində aktivləşməsinə təkan vermək, abstrakt rəsm əsərlərinin köməyi ilə insanlar arasında ictimai baxışın artmasına töhfə verməkdir. Açılış nitqi ilə çıxış edən layihə rəhbəri Nurlana Məmmədova gənclərin bu sahəyə olan marağını qeyd edərək, abstrakt yaradıcılıq metodunun inkişafı ilə bağlı fikirlərini bildirib.
Tədbirdə İbrahim Məmmədov, Kübra Babayeva, Nərminə Məmmədova və Fəridə Əkbərli çıxış edərək, belə layihələrin uşaq və gənclərin fərdi inkişafına töhfə verdiyini qeyd ediblər.
Daha sonra “Abstrakt Dünyaya İctimai Baxış” adlı rəsm sərgisində Nurlana Məmmədovanın kətan üzərində yağlı boya ilə çəkdiyi 30 abstrakt rəsm əsəri nümayiş olunub.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31