Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Şəmkirdə yeni Şəkər Emalı Zavodu inşa ediləcək

Şəmkirdə yeni Şəkər Emalı Zavodu inşa ediləcək

30.09.2016 [10:05]

Bu barədə İmişlidə keçirilən Şəkər bayramında məlumat verilib
İmişli rayonunda şəkər çuğunduru qəbulu mövsümünün başlanılması ilə əlaqədar olaraq növbəti dəfə Şəkər bayramı keçirilib. “Azərsun Holdinq” və İmişli rayonu İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən bayram tədbirindən öncə millət vəkilləri, rayon İcra Hakimiyyətinin nümayəndələri və Şirkətlər Qrupunun rəhbər şəxsləri Ümummilli lider Heydər Əliyevin rayondakı abidəsi önünə tər güllər düzərək, Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Sonra İmişli Mədəniyyət evində davam edən tədbiri giriş sözü ilə açan İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işləri barədə danışıb, bu kontekstdə əldə edilən uğurlardan bütün regionlara, o cümlədən İmişli rayonuna da pay düşdüyünü bildirib. Natiq İmişli Şəkər Zavodunun rayonun həyatında oynadığı müstəsna roldan da danışıb.
Tədbirdə çıxış edən “Azərsun Holdinq”in baş direktoru Savaş Uzan şəkər çuğunduru sahələrinin ildən-ilə genişləndirildiyini, bununla da İmişli və ətraf rayonlarda yaşayan insanların sosial-rifah halının yüksəldilməsinə mühüm töhfə veriləcəyini bildirib. Çıxışında bəzi yeniliklər barədə də danışan baş direktor deyib ki, “Azərsun Holdinq”-in mütəxəssisləri tərəfindən qışlıq şəkər çuğundurunun əkinləri istiqamətində aparılmış elmi-tədqiqat işləri və təcrübələr uğurla nəticələnib. Həyata keçirilmiş bu yeniliyin hesabına artıq qış mövsümündə də şəkər çuğunduru yetişdiriləcək, nəticədə İmişli Şəkər Zavodunun xammal ilə təmin edilməsində yerli məhsulun nisbətində artım qeydə alınacaq. Əgər əvvəllər adıçəkilən müəssisəyə istehsal üçün ildə bir dəfə şəkər çuğunduru verilirdisə, indi bu say ikiyə çatdırılacaq. Eyni zamanda, Şirkətlər Qrupu Şəmkir rayonu ərazisində şəkər çuğunduru əkinlərini həyata keçirib ki, bu addım da uğurla nəticələnib, gələn ildən isə bu sahələr genişləndiriləcək və yeni Şəkər Emalı Zavodu inşa ediləcək.
Beləliklə Şəmkir və digər rayonlarda yaşayan insanların sosial-rifah halının yüksəlməsinə və işlə təmin olunmasına mühüm töhfə verilmiş olacaq. Şəkər çuğunduru əkini ilə məşğul olan fermerlər isə məhsullarını daha yaxın ərazidə yerləşən müəssisəyə təhvil verə biləcəklər ki, nəticədə daha az zaman itirərək daha çox gəlir əldə edə biləcəklər.
Tədbirdə ölkənin 29 rayonunda 3000-ə yaxın fermer təsərrüfatları tərəfindən yetişdirilən şəkər çuğundurunun qəbuluna start verildiyi bildirilib.
Qeyd edək ki, “Azərsun Holdinq” əkin ərazilərini mövcud 7500 hektardan 10 000 hektara yüksəltməyi nəzərdə tutub ki, burada da təxminən 400 min ton çuğundurun yetişdirilməsi planlaşdırılır. Daha bir diqqətçəkən məqam isə ondan ibarətdir ki, sahələrin genişləndirilməsi nəticəsində çoxlu sayda insanın işlə təmin olunması həyata keçiriləcək, hazırda 100 min nəfərə qədər olan bu rəqəmin daha da artırılması mümkün olacaq.
Tədbir konsert proqramı ilə davam etdirilib.
Nadir AZƏRİ

Paylaş:
Baxılıb: 570 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30