Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Mübariz Qurbanlı: Dövlət insanların məhərrəmlikdə toy etməməsi işinə müdaxilə edə bilməz

Mübariz Qurbanlı: Dövlət insanların məhərrəmlikdə toy etməməsi işinə müdaxilə edə bilməz

01.10.2016 [12:23]

“Dövlət insanların məhərrəmlik ayında toyun keçirilməməsi işinə müdaxilə edə bilməz”. Bunu “Trend”ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda məhərrəmlik ayında toy keçirilməməsi ilə bağlı qoyulan ənənəyə münasibət bildirərkən deyib.
M.Qurbanlı hesab edir ki, İslamda çox mühüm aylardan biri olan məhərrəmlik ayını yalnız dini baxımdan İmam Hüseyn əzadarlığı ayı kimi qeyd etmək, yadda saxlamaq lazım deyil: “Amma hər kəsin dini inancına hörmətlə yanaşmaq lazımdır. İnsanların toy və digər mərasimləri keçirməsi qanunla tənzimlənmir”.
M.Qurbanlı deyib ki, bu ənənə insanların özünə, onun məxsus olduğu dini inanca məxsusdur: “Azərbaycanda ənənəvi olaraq, məhərrəmlik ayında insanlar İmam Hüseyn əzadarlığı ilə bağlı toy və digər təntənəli mərasimlər keçirmirlər. Təbii ki, dövlət bu işlərə müdaxilə edə bilməz. Bu, onların şəxsi işləri və düşüncələridir. Əlbəttə, Azərbaycan əhalisinin böyük əksəriyyəti bu ənənələri yaşadır və bu ənənələrin yaşadılmasında da onların özünün müəyyən məntiqi var. Biz buna hər hansı şəkildə müdaxilə etməli deyilik. Bu, insanların öz seçimidir”.

Paylaş:
Baxılıb: 537 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31