Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Taleh Bağırovun tərəfdarları məhkəmədə tərbiyəsizlik etdilər

Taleh Bağırovun tərəfdarları məhkəmədə tərbiyəsizlik etdilər

15.10.2016 [10:20]

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə Sabunçu rayon Polis İdarəsinin (RPİ) əməkdaşı Nəsib Əsədullayev şahid qismində ifadə verib. O bildirib ki, ötən il noyabrın 5-də bir qrup şəxs Sabunçu RPİ-nin qarşına yığışaraq Elçin Qasımovun azadlığa buraxılmasını tələb edib. Bildirib ki, hadisə zamanı xəsarət almayıb, polislərə daş atanları görməyib, özü kimisə saxlamayıb.
Sabunçu RPİ-nin PPX bölüyünün polis nəfəri, polis serjantı Əsədullayev Nəsib Maşallah oğlu iş üzrə ibtidai istintaq zamanı verdiyi ifadəsində 5 noyabr 2015-ci il tarixdə saat 22:00 radələrində Sabunçu RPİ-nin inzibati binasının qarşısında olan iğtişaş zamanı kütlənin içində aqressiv şəkildə bərkdən qışqıran, polis əməkdaşlarına tərəf daş atan təxminən 25 yaşlı, orta boylu və arıq bədənli kişi cinsli şəxsin fəallıq göstərdiyini görüb onu zərərsizləşdirmək üçün olduğu yerə tərəf qaçıb həmin şəxsi tutub, sonuncu onun əlindən çalışıb çıxmaq istəsə də buna imkan verməyərək onu polis idarəsinin növbətçi hissəsinin qarşısında olan əməkdaşa təhvil verib, iğtişaş qurtarmadığı üçün yenidən polis idarəsinin qarşısına çıxıb və həmin vaxt kütlənin qarşısında olan 25-27 yaşlı, hündür boylu şəxsin fəallıq göstərdiyini görüb həmin şəxsi idarənin əməliyyat müvəkkili Samir tutaraq saxlayıb, o da köməyə gələrək birlikdə həmin şəxsi polis idarəsinə gətiriblər. Bundan sonra yenidən polis idarəsinin qarşısına çıxanda iğtişaş qurtarıb, fəal iştirakçılar saxlanılaraq polis idarəsinin növbətçi hissəsinə gətirilib, polis idarəsində tutduğu şəxslərdən birincisi, yəni tək özü tutduğu Lətif Əhmədov, Samirlə tutduğu isə Elvin Bünyadov olmasını öyrənib, baş vermiş hadisə və tutduğu şəxslər barəsində polis idarəsinin rəhbərliyinə raport yazıb.
Sualları cavablandıran şahid deyib ki, Çevik Polis Alayının əməkdaşları onlara kömək məqsədi ilə oraya gəliblər.
Daha sonra iclasda şahid qismində Sabunçu RPİ-nin əməkdaşı Anar İbrahimov ifadə verib. O bildirib ki, hadisə zamanı dəyənəyi itib və qarnına daş dəyib. Lakin zərərçəkmiş kimi heç bir yerə müraciət etməyib.
Sabunçu RPİ-nin polis nəfəri İbrahimov Anar Yusif oğlu ibtidai istintaq zamanı ifadə verərək bildirib ki, 5 noyabr 2015-ci il tarixdə saat 22:00 radələrində təxminən 100-150 nəfər kişi cinsli, əsasən Nardaran-Maştağa kənd sakinlərinin Sabunçu RPİ-nin inzibati binasının qarşısına toplaşaraq idarəyə gətirilmiş Elçin Qasımovun buraxılmasını hədə-qorxu və aqressiv şüarlarla tələb etmələrini, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, inzibati binaya hücum etməyə çalışdıqlarını, əllərindəki daş, dəmir parçalarını polis əməkdaşlarına tərəf atdıqlarını, bir neçə polis əməkdaşının xəsarət aldığını, köməyə gəlmiş çevik polis alayının əməkdaşlarının birgə əməliyyat tədbiri ilə iğtişaşın qarşısını aldıqlarını, fəal şəxslərin tutularaq polis idarəsinə təhvil verildiyini göstərib.
Vəkil Yalçın İmanov bunu vəkillərə təzyiq kimi qiymətləndirib.
Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı İsrafil Mustafayev ifadə verib. O, ötən il noyabrın 5-də polis idarəsinin qarşısına toplaşan adamları tanımadığını, hadisə zamanı xəsarət almadığını deyib. Bildirib ki, oraya toplaşanlar Elçin Qasımovun azadlığa buraxılmasını tələb ediblər.
İ.Mustafayev də istintaq zamanı Anar İbrahimovun ifadəsi ilə oxşar ifadə verib.
Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Siyavuş Mirzəzadə də iclasda dindirilib.
O, istintaq zamanı ifadəsində göstərib ki, 5 noyabr 2015-ci il tarixdə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş vermiş iğtişaş zamanı kütlənin içində hündürboylu, dolu bədənli, 25-30 yaşlı, üzü az saqqallı şəxsin polis əməkdaşlarına tərəf bir-neçə dəfə daş atdığını görüb dərhal qaçaraq onu tutub, həmin şəxs əlindən çıxıb qaçmaq istəsə də buna imkan verməyib və onu Çevik Polis Alayının tanımadığı əməkdaşı ilə birlikdə polis idarəsinə təhvil verib. Həmin vaxt tutduğu şəxsin Anar Əliyev olduğunu bilib, sonra idarənin qarşısına çıxanda əməliyyat müvəkkili Atəm Abdullayevin qışqıraraq köməyə adam çağırdığını görüb, həmin vaxt təxminən 25 yaşlı, orta boylu, qara saçlı oğlan Atəmi itələyib əlindən çıxmaq istəyib və onlar köməkləşib həmin şəxsi polis idarəsinə gətiriblər. Həmin şəxs polis idarəsində də özünü çox aqressiv aparıb və Elçin Qasımovun tutulmasına görə polis idarəsinə od vuracağını deyib. Qeyd edilən şəxsin adının Teymur, soyadının isə Osmanov olduğunu öyrənib, baş vermiş hadisə və tutduğu şəxslər barədə polis idarəsinin rəhbərliyinə raport yazıb.
Daha sonra iclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Elman Abdullayev ifadə verib. O, hadisə zamanı xəsarət almadığını deyib. O, istintaq zamanı isə Anar Abdullayev və İsrafil Mustafayevin ifadələri ilə oxşar məzmunda ifadə verib.
İclasda Sabunçu rayon Polis İdarəsinin əməkdaşı Valeh Mustafayev də ifadə verib. O, da idarənin qarşısında baş verən hadisələr zamanı xəsarət almadığını deyib.
O, istintaq zamanı ifadəsində göstərib ki, 5 noyabr 2015-ci il tarixdə Sabunçu rayon polis idarəsinin qarşısında iğtişaş törədənlərdən arıq bədən quruluşlu, sarıyanız, üzü az tüklü şəxsin kütləni idarə edərək qızışdırdığını və polisə müqavimət göstərməyə təhrik etdiyini görüb.
Daha sonra iclasda hakim bildirib ki, Nardaranda baş vermiş hadisə zamanı dünyasını dəyişən Vüqar Nəsibov və İsmayıl Tağıyevin hüquqi varisləri məhkəməyə müraciət edərək iclasda iştirak etmək istəmədiklərini, cəza məsələsinin məhkəmənin öhdəsinə buraxdıqlarını deyiblər.
İş üzrə şahid və zərərçəkən kimi tanınmış Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı İbrahim Kazımov isə iclasda sualları cavablandırıb. O bildirib ki, heç kimə işgəncə verməyib və buna görə “Qurani-Kərim”ə and içə bilər. Təqsirləndirilən şəxslər İ.Kazımovun üzünə tüpürüb, ayaqqabı və su şüşələri atıblar.
Proses oktyabrın 17-də davam edəcək.

Paylaş:
Baxılıb: 667 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Sosial

YAP xəbərləri

Gündəm

Gündəm

Gündəm

İqtisadiyyat

MEDİA

İqtisadiyyat

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31