“Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir
21.10.2016 [09:57]
“Ümumdünya Elm Günü” münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Elm aylığı” çərçivəsində iqtisadiyyat üzrə Nobel mükafatçıları haqqında silsilə məruzələrin növbəti dinləmələri keçirilib.
Tədbiri giriş sözü ilə açan UNEC-in Elm və İnnovasiyalar Mərkəzinin direktoru, professor Sakit Yaqubov “Elm aylığı”na aid tədbirlər planı ilə iştirakçıları tanış edib. Bildirib ki, “Elm aylığı” UNEC-i elmi-tədqiqat yönümlü universitetə çevirməyə xidmət edir. Tədbirlər planı çərçivəsində UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsinın keçirildiyini diqqətə çatdıran S.Yaqubov onları müsabiqədə aktiv iştirak etməyə çağırıb.
UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun (İAETİ) elmi katibi Rafail Rzayev Jan Tirolun həyatı və elmi fəaliyyəti haqqında təqdimatla çıxış edib. Məruzəçi J.Tirolun Nobel mükafatına layiq görüldüyü “bazar hakimiyyəti və tənzimləmənin təhlili” elmi işinin əsas məqamlarından danışıb. Qeyd edib ki, Jan Tirol antiinhisar tənzimlənməsi və işgüzar nüfuzun iqtisadiyyata təsiri nəzəriyyəsinə dair 100-dən çox əsərin müəllifidir. Təqdimatda J.Tirolla əməkdaşlıq edən dünyanın görkəmli alimlərinin onun haqqındakı fikirləri də səsləndirilib.
Tədbir müzakirələrlə davam edib.
Qeyd edək ki, UNEC-də oktyabr-noyabr aylarında “Elm aylığı” çərçivəsində silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Ölkənin tanınmış elm xadimlərinin də qatıldığı tədbirlərdə elmi seminarlar, “dəyirmi masa”lar keçirilir, elmi müzakirələr aparılır. Proqrama uyğun olaraq, “Azərbaycanın sosial-iqtisadi inkişafı: nailiyyətlər və perspektivlər” mövzusunda UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalələrinin müsabiqəsi də keçiriləcək. “Elm aylığı”na noyabrın 10-da “Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günü”ndə yekun vurulacaq. Tədbirdə UNEC-in professor-müəllim heyətinin, gənc tədqiqatçı, magistr və tələbələrinin elmi məqalə müsabiqəsinin qaliblərinin mükafatlandırılması olacaq.
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35
Siyasət
07 İyul 17:09
Siyasət
07 İyul 16:59
Sosial
07 İyul 16:45
Dünya
07 İyul 16:20
Sosial
07 İyul 16:09
Siyasət
07 İyul 16:09
Sosial
07 İyul 16:08

