Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Nizami rayon ictimaiyyəti Bayraq Gününü sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd edib

Nizami rayon ictimaiyyəti Bayraq Gününü sağlamlıq imkanları məhdud uşaqlarla birgə qeyd edib

08.11.2016 [09:58]

Nizami rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatı tərəfindən 9 noyabr - Bayraq Günü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dövlət Sosial Təminat Xidməti 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisəsində tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının aparat rəhbəri Ramil Vəlibəyov, rayon təşkilatının Qadınlar Şurasının sədri Sevda Abdullayeva və başqaları ölkəmizdə fiziki və əqli qüsuru olan uşaqlara və böyüklərə dövlət tərəfindən daim diqqət və qayğı göstərildiyini qeyd ediblər.
Dövlət uşaq siyasətinin əsasının Ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb, həmçinin bildirilib ki, Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev uşaqlara daim diqqət və qayğı ilə yanaşıb. Prezident İlham Əliyev tərəfindən 2009-cu ilin “Uşaq ili” elan edilməsinin də bu istiqamətdə atılan addımların yüksək göstəricisi olduğunu bildirən natiqlər ölkəmizin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyası tərəfindən də bu cür xeyriyyə işlərinin davam etdirildiyini diqqətə çatdırıblar.
Xüsusi olaraq vurğulanıb ki, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində mərhəmət, humanizm və xeyirxahlıq dayanır. Bu mənada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın nəcib fəaliyyəti hər birimizə örnəkdir. Bunun nəticəsidir ki, ölkəmizdə ildən-ilə xeyriyyəçilik və humanizm prinsiplərinə əsaslanan layihələr artır.
İnternat evinin rəhbərliyi uşaqlarla görüşə gəldiklərinə görə qonaqlara minnətdarlığını bildirib.
Sonra internat evinin sakinlərinə hədiyyələr verilib. Maraqlı ədəbi-bədii hissə ilə başa çatan görüş internat evi sakinlərinin böyük sevincinə səbəb olub.

Paylaş:
Baxılıb: 511 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Gündəm

İqtisadiyyat

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31