/ / Katerine Berger: Azərbaycanın multikulturalizm modeli öyrənilməyə və paylaşılmağa layiq dəyərli örnəkdir
Katerine Berger: Azərbaycanın multikulturalizm modeli öyrənilməyə və paylaşılmağa layiq dəyərli örnəkdir
11.11.2016 [10:05]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyinin www.youngfriends.az saytına istinadən birliyin üzvü - Çexiyanın Karlov Universitetinin tələbəsi Katerine Bergerin ölkəmiz haqqında təəssüratlarını, Azərbaycan multikulturalizmi modeli ilə bağlı fikirlərini təqdim edir.
Xatırladaq ki, “Azərbaycanın Gənc Dostları Klubu” İctimai Birliyi 2016-cı ilin yayında BBMM-in və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə keçirilən və 16 ölkədən 50-dən çox tələbənin qatıldığı “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: milli və dini dəyərlər” adlı III Beynəlxalq multikulturalizm məktəbi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetinin magistrantı Salomeya Lukaite və Yunanıstan Afina Universitetinin tələbəsi Dimitrios Asproulisin təşəbbüsü ilə yaradılıb. Birliyin üzvlüyündə Azərbaycan multikulturalizminin ölkəmizə qazandırdığı xarici gənclər və ziyalılardan ibarət dostlar təmsil olunur. Birlik ətrafına Azərbaycansevərləri toplayaraq əhatə dairəsini günü-gündən genişləndirir. Birliyin üzvləri Azərbaycanın multikulturalizm modeli, mədəniyyəti, tarixi - bütövlükdə haqq işinin dəstəklənməsi və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində yeni töhfələr verir.
Katerine Berger: “Mən həmişə düşünmüşəm ki, həyat təcrübəsi biliyi genişləndirməyin ən yaxşı vasitəsidir. Azərbaycana səfərim zamanı mənə bu düşüncələr hakim idi. İndiyədək “Azərbaycan multikulturalizmi” fənnində öyrəndiyim biliklərimi bu yaşam tərzinə əyani şahid olub dərinləşdirəcəkdim.
Azərbaycanda hər şey xoşuma gəldi - arxitektura, təbiət, xüsusilə də insanlar - o qədər qonaqpərvər, dostcanlıdırlar ki. Çexiyada insanlar daha qapalıdır. Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin beynəlxalq multikulturalizm yay və qış məktəblərinin mütəmadi təşkili üçün qayğı göstərməsi, şərait yaratması gənclər üçün, onların yeni əlaqələr qurması və dostlaşması üçün çox vacibdir.
Beynəlxalq multikulturalizm yay və qış məktəbləri dövründə proqramda əksini tapan səfərlər və mühazirələr vasitəsilə dünyanın müxtəlif xarici ölkələrindən gələn gənclərin bu gözəl ölkənin mədəniyyəti, ənənələri, tarixi, memarlığı və ən əsası, Azərbaycan multikulturalizmi modeli ilə bağlı təsəvvürləri zənginləşir. Azərbaycanın bölgələrinə səfərlər zamanı fərqli dinlərə etiqad edənlərin, müxtəlif etnik mənsubiyyətə mənsub insanların arasında qarşılıqlı hörmət və dialoqun olmasına şahid oldum. Halbuki digər ölkələrdə bəzən buna çətin rast gəlinir. Çexiyayla müqayisə etsək, mənim ölkəmdə multikulturalizm ideyaları Azərbaycandakı qədər geniş yayılmayıb.
Düşünürəm ki, gənc nəsillər ksenofobiya, irqçilik, dini və etnik ayrı-seçkilik ilə bağlı problemləri çözmək, bunların öhdəsindən gəlmək üçün tolerant və multikultural olmağın yollarını öyrənməlidir. Bu isə beynəlxalq multikulturalizm yay və qış məktəbləri vasitəsi ilə mümkündür. Azərbaycanın multikulturalizm modeli analoji problemlərin həlli istiqamətində ən yaxşı nümunədir.
Bizim vəzifəmiz budur ki, insanlara izah edək ki, fərqli olandan qorxmaq lazım deyil. Bütün dünyada mədəni müxtəlifliyi Azərbaycanda olduğu kimi qiymətləndirmək və qorumaq lazımdır. Azərbaycanın multikulturalizm modeli öyrənilməyə və paylaşılmağa layiq dəyərli örnəkdir. Ölkədə öz gözümlə şahid olduğum etnik-dini müxtəlifliyi əks etdirən gerçəkliklər və multikulturalizmin həyat tərzi olması heyrətamizdir. Məhz buna görə Çexiyaya qayıdanda ailəmə, dostlarıma və tanışlarıma Azərbaycan haqqında danışmaqdan yorulmurdum.
Azərbaycanın Gənc Dostları Klubunun yarandığını eşidəndə mən də ilk üzvlərdən oldum. Klubun sıralarının tezliklə genişlənib sosial baza toplaması mənim üçün gözlənilməz xəbər olmadı. Çünki Azərbaycanda yay məktəbində iştirak etdiyim müddətdə müxtəlif xarici ölkələrdən olan gənclərin bu ölkəyə olan dost münasibətinin dəfələrlə şahidi oldum. Azərbaycana gəlib buradakı qonaqpərvərliyi, humanizmi, tolerant əhval-ruhiyyəni, multikultural durumu öz gözləri ilə görən hər kəsin bu ölkəni, bu mehriban xalqı sevməsi təbii haldır.
Bizimlə görüşlərinin birində Azərbaycanın Dövlət müşaviri, akademik Kamal Abdullanın dediyi bir fikir yadımdan çıxmır. Akademik bildirdi ki, Azərbaycan multikulturalizminin əsas xüsusiyyəti özündən fərqli olana sevgi, hörmət və şəfqət göstərməsidir. Bu sadalananlar çox vacib amillərdir. Düşünürəm ki, məhz bu amilləri özündə ehtiva elədiyinə və multikulturalizmi həyat tərzinə çevirdiyinə görə Azərbaycanın dostları getdikcə çoxalır və yaxın gələcəkdə onların sayının daha da artacağına inanıram”.
Xəbər lenti
Hamısına baxMaraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34

