Ədliyyə Nazirliyi ilə GİZ arasında hüquqi sahədə faydalı əməkdaşlıq davam edir
25.11.2016 [09:39]
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramının rəhbəri Tomas Meyer, Azərbaycan üzrə layihənin sabiq rəhbəri Tomas Herman və onu əvəz edən Filip Yan ilə Ədliyyə Nazirliyində görüş keçirilib.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədliyyə nazirinin müavini Azər Cəfərov ilə keçirilən görüşdə GİZ-in respublikamızla səmərəli əməkdaşlığından məmnunluq ifadə olunub. Həmçinin ölkəmizdə aparılan mütərəqqi məhkəmə-hüquq islahatlarından, bu sahədə Cəmiyyətlə birgə həyata keçirilən layihənin uğurlu nəticələrindən bəhs edilib.
Sonra ədliyyə naziri Fikrət Məmmədov GİZ-in nümayəndələri ilə görüşüb.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə hüquqi sahədə əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyən nazir məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən genişmiqyaslı işlərdə, o cümlədən inzibati ədliyyə, hakimlərin tədrisi sahəsində GİZ-in mühüm töhfələrini vurğulayıb, təşkilatın xətti ilə keçirilmiş müxtəlif tədbirlərdə iştirakını məmnunluqla xatırladıb. Nazir qurumun Azərbaycan ilə bağlı layihələrinə uzun müddət uğurla rəhbərlik etmiş T.Hermanın xidmətlərini xüsusilə qeyd edib. F.Məmmədov GİZ ilə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib, layihənin yeni rəhbəri Filip Yana fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanın hərtərəfli inkişafından məmnun olduqlarını söyləyən qonaqlar GİZ-in iyirmi ilə yaxındır ölkəmizlə sıx əməkdaşlıq etdiyini vurğulayaraq, hüquqi sahədə qarşılıqlı fəaliyyətin bundan sonra da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər. GİZ nümayəndələri respublikamızda məhkəmə-hüquq sistemindəki islahatları yaxından izlədiklərini qeyd edərək, bu sahədə əldə olunan nailiyyətləri maraqla qarşılayıb, Ədliyyə Nazirliyi ilə əməkdaşlığı yüksək qiymətləndirib, nazirliyin kollektivini peşə bayramı günü münasibətilə təbrik ediblər.
Sonra qonaqlar nazirlikdə ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

