Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası istifadəyə verilib
29.11.2016 [09:26]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “İqtisadiyyatı irəli aparan və ölkənin uğurunu nümayiş etdirən təbii ehtiyatlar yox, təhsil və əhalinin intellektual potensialıdır”.
Bu gün ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı əsas vəzifədir. İntellektli və vətənpərvər gənclərin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Təhsil quruculuğu tədbirləri 2016-cı ildə də davam etdirilib, muxtar respublikanın şəhər, qəsəbə və kəndlərində yeni məktəb binaları tikilib, mövcud məktəb binaları yenidən qurulub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 28-də akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.
Bildirilib ki, 594 şagird yerlik 4 mərtəbəli məktəbdə akademik Zərifə xanım Əliyevanın xatirə muzeyi, 5-i elektron lövhəli olmaqla 33 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 kompüter otağı, 2 şahmat otağı, müəllimlər otağı, tibb otağı, kitabxana, idman zalı və bufet var.
Məktəbin foyesində akademik Zərifə xanım Əliyevanın büstü qoyulub. Görkəmli akademikin xatirə muzeyi binanın birinci mərtəbəsində yerləşir. Burada Şahtaxtı kəndinin yetirməsi olan alimin həyat və fəaliyyətini əks etdirən məlumatlar, fotoşəkillər və kitablar qoyulub.
2016-2017-ci tədris ilində Şahtaxtı kənd tam orta məktəbində birinci sinfə 43 şagird qəbul olunub. Məktəbəqədər hazırlıq qrupuna isə 42 uşaq cəlb olunub.
Məktəbdə 38 kompüter quraşdırılıb və internetə qoşulub. Kitabxanada 8 mindən artıq kitab müəllim və şagirdlərin istifadəsinə verilib. Kimya və biologiya laboratoriyaları tədris proqramına uyğun təcrübə avadanlıqları, fizika laboratoriyası isə həm də elektron lövhə ilə təmin edilib.
Ali Məclisin Sədri məktəbdə kitabxanalara və şagirdlərin dəqiq elmlərə marağının artırılması, fənn olimpiadalarının keçirilməsi, Şərur Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbulun sayının artırılması barədə tapşırıqlar verib.
Elektron lövhəli sinifdə Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyi ilə əlaqə yaradılıb, muxtar respublikanın 212 ümumtəhsil məktəbi ilə birlikdə distant dərs keçirilib.
Sonra müəllimlər otağında məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin müasir tədrisin tələbləri səviyyəsində qurulduğunu bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: “Ölkənin inkişafını təhsil olmadan təsəvvür etmək mümkün deyil. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “İnsan təhsilinin əsasını orta məktəbdə alır. Ona görə də ölkənin təhsil sistemində orta məktəb xüsusi yer tutmalıdır”. Ölkəmizdə Ulu öndərin tövsiyələrinə əməl olunaraq müasir məktəb binaları tikilir. Bu gün istifadəyə verilən Şahtaxtı kənd tam orta məktəbinin binası da təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin davamıdır”.
Ali Məclisin Sədri deyib: “Bu gün orta məktəblərdə təhsil alan hər bir gənc gələcəkdə Azərbaycanın ali, orta ixtisas və peşə məktəbləri ilə yanaşı, eyni zamanda xarici ölkələrdə də təhsil almaq imkanında olmalıdır. Bunun üçün şagirdlər, ilk növbədə xarici dil bilməli və dəqiq elmləri yaxşı öyrənməlidirlər. Ölkəmizdə bu tədbirlərin həyata keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Müasir tədris imkanları olan məktəb binaları istifadəyə verilir, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları artırılır, öz fəaliyyəti ilə fərqlənən müəllimlərin əməyi qiymətləndirilir. Şahtaxtı kənd tam orta məktəbində də müasir tədris şəraiti yaradılmış, məktəbin 1 müəllimi “Tərəqqi” medalı ilə təltif edilmiş, 1 müəllim isə Azərbaycan Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür”.
Məktəbin nailiyyətlərinin qənaətləndirici olduğunu bildirən Ali Məclisin Sədri deyib: “Ötən tədris ilində məktəbin məzunlarından 7-si ali məktəblərə, doqquzuncu sinif bazasından isə 4 şagird orta ixtisas məktəblərinə qəbul olunmuşdur. Ali məktəblərə qəbul olanlardan 3-ü 500-700 arası bal toplamışdır”.
Ali Məclisin Sədri deyib: “Şahtaxtı kənd tam orta məktəbi görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyır. Məktəb muxtar respublikanın xüsusi təhsil müəssisələrindəndir. Ona görə də məktəbdə bundan sonra da tədris günün tələbləri səviyyəsində qurulmalı, nizam-intizama ciddi əməl olunmalı, nailiyyətlər daha da artırılmalıdır. Məktəbdə şagirdləri həkim peşəsinə yönləndirməli, onların gələcəkdə tibb təhsili almasına xüsusi diqqət yetirilməlidir. Məktəb binasında dəqiq elmlərin tədrisi üçün yaradılan şərait, kimya, biologiya və fizika laboratoriyalarının istifadəyə verilməsi, ixtisaslı müəllimlərin olması bu vəzifələrin uğurla yerinə yetirilməsinə imkan yaradır”.
Gənc müəllim Nilufər Rzayeva kollektiv adından minnətdarlıq edərək deyib: “Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində yaradılan şərait müəllim kollektivini, xüsusilə gənc müəllimləri daha səylə çalışmağa ruhlandırır. Üzərimizə böyük məsuliyyət düşür. Çalışacağıq ki, məktəbimizdə ölkəmiz üçün savadlı, vətənpərvər, ən əsası isə gələcəyin həkimi olan gənclər yetişdirək”.
Məktəbdəki şahmat otaqları, müasir idman zalı və hərbi kabinə şagirdlərin əqli və fiziki cəhətdən inkişafında, hərbi vətənpərvərlik tərbiyələrinin formalaşmasında mühüm əhəmiyyət kəsb edir.
Binanın həyətində də abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

