Gənclər Fondunun yaradılmasının beş illiyi münasibətilə silsilə tədbirlərə start verilib
09.12.2016 [09:39]
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illik yubileyi münasibətilə silsilə tədbirlərə start verilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, bu qəbildən ilk tədbir dekabrın 8-də Sumqayıtdakı Heydər Əliyev Mərkəzində keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, şəhər icra hakimiyyətinin, Sumqayıtın, habelə Xızı, Siyəzən, Xırdalan, Abşeron, Şabran, Qobustan, Şamaxı, Quba, Qusar, Qubadlı və Xaçmaz rayonlarının gənclər və idman idarələrinin nümayəndələri, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov tədbirdə çıxış edərək ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlarından danışıb. O, dövlət gənclər siyasətinin yüksək səviyyədə həyata keçirilməsində Fondun fəaliyyətini xüsusi vurğulayıb.
Fondun icraçı direktoru Fərhad Hacıyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb. F.Hacıyev dövlətimizin başçısının 2011-ci il 19 dekabr tarixli Fərmanına əsasən yaradılan Gənclər Fondunun ölkə gənclərinə yüksək diqqət və qayğısının bariz nümunəsi olduğunu deyib.
İcraçı direktor Fondun indiyədək həyata keçirdiyi qrant müsabiqələrində fəal iştirak edən gənclərə təşəkkürünü bildirərək, layihələrin uğurla icrasında region gənclərinin fəaliyyətini yüksək qiymətləndirib.
Sonra Fondun strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva qurumun fəaliyyətinə dair təqdimatla çıxış edib. Qeyd edilib ki, fəaliyyətə başladığı gündən indiyədək Gənclər Fonduna 7098 layihə daxil olub ki, onların 3341-i dəstəklənib. Eyni zamanda, səfər qrantları ilə bağlı 384 müraciətin 267-nə müsbət cavab verilib.
Digər çıxışlarda da gənclərin təşəbbüslərinin dəstəklənməsi, onların fəallığının artırılmasında Fondun fəaliyyəti yüksək qiymətləndirilib. Gənclər səmərəli fəaliyyətinə görə Fondun rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
05 May 23:54
Dünya
05 May 23:19
YAP xəbərləri
05 May 22:59
İdman
05 May 22:43
Dünya
05 May 22:38
Dünya
05 May 22:16
Dünya
05 May 21:58
İqtisadiyyat
05 May 21:25
Dünya
05 May 21:10
Müsahibə
05 May 20:41
Dünya
05 May 20:32
Dünya
05 May 20:18
Gündəm
05 May 20:06
Dünya
05 May 19:50
Dünya
05 May 19:21
Dünya
05 May 19:08
Gündəm
05 May 19:08
Dünya
05 May 18:45
İdman
05 May 18:22
Analitik
05 May 17:42
Dünya
05 May 17:31
YAP xəbərləri
05 May 17:06
YAP xəbərləri
05 May 16:54
Dünya
05 May 16:51
Elm
05 May 16:47
Gündəm
05 May 16:30
Dünya
05 May 16:29
Mədəniyyət
05 May 16:15
İqtisadiyyat
05 May 16:12
İdman
05 May 16:02
İqtisadiyyat
05 May 16:01
Siyasət
05 May 15:59
Hadisə
05 May 15:58
Dünya
05 May 15:58
YAP xəbərləri
05 May 15:54
İqtisadiyyat
05 May 15:51
Dünya
05 May 15:43
Dünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35

