/ / Nərimanov rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
Nərimanov rayonunda Ümummilli lider Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib
09.12.2016 [09:46]
Dünən Nərimanov rayon İcra Hakimiyyəti Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin vəfatının on üçüncü ildönümü ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar Ümummilli lider Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Rayon rəhbərliyi, Milli Məclisin deputatları, rayonun idarə və təşkilatlarının rəhbərləri və rayon ictimaiyyətinin qatıldığı tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, Vətəni və xalqı qarşısında misilsiz xidmətlərindən, Azərbaycana rəhbərlik etdiyi müxtəlif dönəmlərdə verdiyi taleyüklü qərarlar və atdığı tarixi addımlar haqqında söz açıb. Hikmət Babaoğlu bildirib ki, Ulu öndərin Azərbaycan xalqına qoyub getdiyi ən böyük miras məhz Onun özünün yaratdığı şah əsəri - müstəqil və suveren Azərbaycan dövlətidir.
Hikmət Babaoğlu qeyri-adi şəxsiyyəti, böyük istedadı ilə fərqlənən, xarizmatik lider Heydər Əliyevin hələ sağlığında canlı əfsanəyə çevrildiyini, Azərbaycanın ən yeni tarixinin bütöv bir qərinəsinin dahi şəxsiyyətin adı ilə bağlı olduğunu diqqətə çatdıraraq, ölkəmizin həyatının bütün sahələrində əldə edilmiş möhtəşəm nailiyyətləri Ulu öndər Heydər Əliyevin müdrik dövlətçilik siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirib. Millət vəkili Ümummilli liderin cismən aramızda olmadığı son on üç ildə Onun layiqli davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü qətiyyətli siyasət sayəsində Azərbaycanın dövlətçiliyinin daha da gücləndiyini, ölkə həyatının bütün sahələrində inanılmaz bir tərəqqiyə nail olunduğunu və ölkəmizin istər regionda, istərsə də dünya müstəvisində öz sözünü diqtə edən güclü bir qüvvəyə çevrildiyini və bu yolda inamla irəlilədiyini qeyd edib. Bildirib ki, dövlətimizin başçısının uzaqgörən və məqsədyönlü daxili və xarici siyasəti, həyata keçirdiyi ardıcıl və köklü islahatlar nəticəsində bütün dünyanı bürüyən qlobal iqtisadi böhrana baxmayaraq, ölkəmiz bu gün dünyanın inkişaf etmiş dövləti kimi regionun iqtisadi və siyasi mərkəzlərindən birinə çevrilib.
Ulu öndərimizin Fəxri xiyabandakı məzarının ötən illər ərzində qədirbilən xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrildiyini söyləyən natiq, demək olar ki, bütün ilboyu insanların böyük izdihamla buraya gələrək, Azərbaycanı bütün dünyaya tanıtmış, dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınmış böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə etdiklərini xüsusilə vurğulayıb. Hikmət Babaoğlu Azərbaycan xalqının həmişə Heydər Əliyev kimi qüdrətli dövlət xadiminə malik olmasından qürur hissi duyduğunu və Ulu öndərin əziz xatirəsinin Azərbaycanda, eləcə də ölkəmizin hüdudlarından kənarda daim dərin hörmətlə anılacağını deyib.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, dahi rəhbərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar, Ulu öndərin siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42

