Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti azərbaycançılıq məktəbidir

Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti azərbaycançılıq məktəbidir

10.12.2016 [11:40]

Dekabrın 9-da Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimi keçirilib.
Rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların kollektivləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər Ümummilli lider Heydər Əliyevin mənalı həyatı və çoxşaxəli siyasi fəaliyyəti haqqında danışıblar.
Rayon icra hakimiyyəti başçısının müavini İlhamə Nəzərova Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində fenomen şəxsiyyət olduğunu vurğulayıb. Qeyd edib ki, Ulu öndər Azərbaycan tarixinə müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarı kimi düşüb. Dahi rəhbər azərbaycançılıq ideyasının yaradıcısı olub, Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün möhtəşəm işlər görüb.
Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxışında ölkəmizdə iqtisadiyyatın, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın, idmanın inkişafının Ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. Qeyd olunub ki, Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti azərbaycançılıq məktəbidir. Hər yeni gələn nəsil bu böyük məktəbdən Vətənin, xalqın inkişafı naminə faydalanır və daim faydalanacaq.
Çıxışlarda Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri qeyd olunub.

Paylaş:
Baxılıb: 638 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31