/ / Azərbaycanda ardıcıl islahatlar yolu ilə vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun daha da möhkəmlənməsi dönməz prosesə çevrilib
Azərbaycanda ardıcıl islahatlar yolu ilə vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun daha da möhkəmlənməsi dönməz prosesə çevrilib
14.12.2016 [10:15]
Demokratik dəyərlərin və təsisatların təşəkkül tapması, mütəmadi surətdə yenilənərək inkişaf etdirilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi kimi strateji istiqamətlər müstəqil Azərbaycan dövlətinin milli siyasət kursunun əsasını təşkil edir. Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını şərtləndirən başlıca amil isə mütəmadi surətdə islahatların həyata keçirilməsi olub.
Ümumiyyətlə, Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin uğurlu olmasını şərtləndirən strateji amillərdən biri onun konstitusion əsaslara söykənməsidir. Müstəqillik dövründə Konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğu üçün fundamental baza rolunu oynayıb. Burada demokratik, hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub, insan hüquqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Qeyd edək ki, Konstitusiyamızın üçdə bir hissəsi məhz insan hüquqlarının qorunmasına həsr olunub.
Hüquqi dövlət quruculuğu demokratik inkişafı təmin edən faktor kimi
Qeyd etmək lazımdır ki, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu şərtləndirən mühüm məsələlərdən biri də demokratik transformasiya prosesidir. Ulu öndər Heydər Əliyevin sistematik surətdə başlatdığı demokratik transformasiya prosesi Prezident İlham Əliyev tərəfindən dövrün və şəraitin çağırışlarına, qanunauyğunluqlarına adekvat surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş vəzifələr yerinə yetirilib. Prezident İlham Əliyev bəhs edilən strateji vəzifələri məhz bu cür dəyərləndirib: “Vətəndaş cəmiyyəti quruculuğu, demokratik proseslərin möhkəmlənməsi, hüquqi dövlətin formalaşması heç də şüar və arzu deyil, Azərbaycanın hərtərəfli inkişafının başlıca şərtidir. Bizim təcrübəmiz göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur”.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu demokratikləşmə prosesi 2003-cü ildən etibarən yeni keyfiyyətdə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional və praqmatik siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinin artırılmasına yardım edən hüquqi islahatların həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Nəticə etibarilə, Azərbaycan demokratiya yolunda intensiv irəliləyişini inamla davam etdirir və vətəndaş cəmiyyəti quruculuğu prosesində mühüm nailiyyətlər əldə edilib. Elə bütün bunların məntiqi nəticəsidir ki, Qərbin aparıcı demokratik dövlətləri və təşkilatları ölkəmizdə baş tutan bütün seçkilərdən sonra Azərbaycanın demokratiya yoluna sadiq qaldığını və demokratikləşmə prosesini sürətləndirdiyini bəyan edirlər.
Şübhəsiz ki, hüquqi dövlət quruculuğu prosesi daimi prosesdir. Hazırda ölkəmizdə Ulu öndər Heydər Əliyevin başladığı hüquqi dövlət quruculuğu prosesi Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla və qətiyyətlə davam etdirilir. Prezident İlham Əliyev ölkədə vətəndaş-məmur münasibətlərinin sağlamlaşdırılması, idarəetmədə şəffaflığın təmin edilməsi, hüquq qaydaları ilə bir araya sığmayan korrupsiya və rüşvətxorluğun aradan qaldırılması ilə bağlı kifayət qədər prinsipial mövqedə olduğunu dəfələrlə ifadə edib. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq Azərbaycanda səmərəli antikorrupsiya platforması yaradılıb.
Dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə 2012-ci il iyul ayının 13-də yaradılan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və bu qurumun “ASAN xidmət” mərkəzləri ölkəmizdə vətəndaş-dövlət qulluqçusu münasibətlərini yeni səviyyədə qurmağa imkan verib. Azərbaycan brendi olan “ASAN xidmət” xüsusilə də şəffaflığın təmin olunmasında, bürokratik əngəllərin, korrupsiya və bu qəbildən olan digər mənfi halların aradan qaldırılmasında mükəmməl mexanizmdir. Digər tərəfdən, Prezident İlham Əliyev məhkəmə-hüquq islahatlarının davam etdirilməsinə güclü siyasi iradə nümayiş etdirir. Dövlət başçısının imzaladığı müvafiq Fərman və sərəncamlarla respublikamızda məhkəmə sisteminin müasirləşdirilməsi, bəzi məhkəmə instansiyalarının fəaliyyəti ilə bağlı vətəndaşlarda narahatlıq doğuran məqamların aradan qaldırılması istiqamətində dönüş yaranıb.
Bunlarla yanaşı, 26 sentyabr 2016-cı il tarixində keçirilən ümumxalq səsverməsi - referendum nəticəsində reallaşdırılan növbəti Konstitusiya islahatları vətəndaşların hüquq və azadlıqlarının qorunması, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, həmçinin dövlət orqanlarının məsuliyyətinin artırılması istiqamətində müstəsna əhəmiyyət kəsb edir. Ümumxalq səsverməsi vasitəsilə şəxsi toxunulmazlıq, fikir və söz azadlığı, sərbəst toplaşmaq azadlığı, vətəndaşlıq hüququnun təminatı, seçki, birləşmək, müraciət, azad sahibkarlıq hüquqları ilə bağlı maddələrə dəyişikliklər edildi. Onu da qeyd edək ki, vətəndaşların hüquq və azadlıqlarının qorunması, ayrı-ayrı vəzifəli şəxslərin və dövlət orqanlarının vətəndaşlar qarşısında məsuliyyətinin artırılması məsələsi ümumxalq səsverməsi zamanı seçicilər tərəfindən birmənalı şəkildə müsbət qarşılandı. Təkcə bir faktı qeyd edək ki, “Hüquqlardan sui-istifadəyə yol verilmir” məzmunlu əlavənin, eləcə də “Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər” kimi bu və digər dəyişikliklərin qəbul olunması həm dövlət siyasətinin mərkəzində vətəndaşların durması məsələsini bir daha aşkar etdi, həm də irəli sürülmüş təkliflərin vətəndaşlar tərəfindən məmnunluqla qarşılandığını göstərdi.
Ötən dövr ərzində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb
Azərbaycanda müşahidə edilən sabitlik və inkişaf ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəallığının artması da məmnunluq doğurur. Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Hazırda ölkəmizdə 3000-dək QHT-nin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir.
Son illərdə ölkəmizdə üçüncü sektorun aktivliyinin nəzərəçarpacaq dərəcədə artmasında dövlətin vətəndaş cəmiyyəti institutlarının təşkilatlanmasına verdiyi dəstək önəmli rol oynayıb. Bu mənada Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Ötən səkkiz ildə bu qurum tərəfindən Azərbaycanın vətəndaş cəmiyyətindən gələn təşəbbüslər fəal şəkildə dəstəklənib və istər respublika daxilində, istərsə də ölkə hüdudlarından kənarda Azərbaycanın milli-ictimai maraqlarına xidmət edən çoxlu sayda layihənin reallaşdırılmasına maliyyə yardımı göstərilib.
Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu məqamlara toxunaraq Azərbaycanın vətəndaş cəmiyyəti sektorunun dünyada ən nümunəvilərdən biri olduğunu nəzərə çatdırıb: “Qeyri-hökumət təşkilatlarının sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılıb. Xaricdəki bəzi maraqlı dairələrin verdiyi subyektiv qiymətdən asılı olmayaraq, Azərbaycanın QHT sektoru dünyada ən nümunəvi sektorlardan biridir. Ölkəmizdə siyasi əqidəsinə, hakimiyyətə münasibətinə, cəmiyyətdə tutduğu mövqeyə heç bir fərq qoyulmadan bütün QHT-lərə müraciət etdikləri sahə üzrə qrant verilir”.
Azərbaycanda vətəndaş cəmiyyəti ümummilli əhəmiyyət kəsb edən strateji məsələlərə fəal dəstək nümayiş etdirir
Bununla yanaşı, Azərbaycanda vətəndaş cəmiyyəti ümummilli əhəmiyyət kəsb edən strateji məsələlərə fəal dəstək nümayiş etdirir. Məlumdur ki, hazırda müstəqil Azərbaycanın qarşısında duran ən ağrılı problem Ermənistanın təcavüzkarlıq siyasəti nəticəsində ortaya çıxan Dağlıq Qarabağ münaqişəsidir. Məhz ölkənin vətəndaş cəmiyyəti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycan dövlətinin yürütdüyü siyasətə də öz geniş, hərtərəfli dəstəyini nümayiş etdirir. Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətinə ictimai dəstəyin təmin edilməsi aktual mövzu kimi QHT-lərin fəaliyyətində əsas istiqamətlərdən birini təşkil edir. QHT-lərin Avropanın müxtəlif şəhərlərindəki ali təhsil müəssisələrində “Qarabağ” guşələrini yaratması, “Şuşaya azadlıq!” kimi ümummilli xarakterli layihələrin həyata keçirilməsi, Azərbaycanın haqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində çoxsaylı layihələr reallaşdırması, həmçinin Azərbaycan mədəniyyətinin dünyada təbliği, eləcə də Xocalı soyqırımı haqqında beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün Şuranın xarici ölkələrdə fəaliyyət göstərən QHT-lərin bir sıra layihələrini dəstəkləməsi təqdirəlayiq haldır.
Bütövlükdə, Azərbaycanda müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə yanaşı, demokratik inkişaf, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində mühüm nailiyyətlərin əldə edilməsi təqdirəlayiq haldır. Azərbaycanda ardıcıl islahatlar yolu ilə vətəndaş cəmiyyətinin və hüquqi dövlət quruculuğunun daha da möhkəmlənməsi dönməz prosesə çevrilib.
Mübariz ABDULLAYEV
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxMaraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19

