Yazıçılar Birliyində şair-publisist, hərbçi Abdulla Qurbaninin 60 illik yubileyi qeyd olunub
20.12.2016 [10:27]
Dekabrın 19-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, şair-publisist, rejissor, Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin 60 illik yubileyi qeyd edilib.
AZƏRTAC xəbər verir ki, Yazıçılar Birliyinin hərbi vətənpərvərlik komissiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, müharibə veteranları, hərbçilər, tanınmış şairlər və mədəniyyət xadimləri iştirak ediblər.
Mərasimdə çıxış edən AYB-nin sədri, Xalq yazıçısı Anar Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusundan, yazıçı və şairlərimizin ordu ilə əlaqələrindən danışıb. Müdafiə Nazirliyində Azərbaycan yazıçıları ilə keçirilən görüşü xatırladan AYB-nin sədri bildirib ki, bugünkü yubiley tədbiri də ordu ilə yazıçılar arasında əməkdaşlığın bir nümunəsidir.
Xalq yazıçısı Anar hərbçi və şair kimi yüksək dəyərləndirdiyi Abdulla Qurbanini 60 illik yubileyi münasibətilə təbrik edib, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra yubilyara Yazıçılar Birliyinin Fəxri fərmanı təqdim olunub.
AYB-nin sədrinə isə Respublika Veteranlar Təşkilatının “Veteran həmrəyliyi” medalı təqdim edilib.
Xalq şairi Fikrət Qoca yubilyarın həyat yolundan, bədii yaradıcılıq axtarışlarından, xüsusilə onun vətənpərvərliyindən söz açıb. Qeyd olunub ki, Xalq yazıçısı Mirzə İbrahimovun Şərurda ilk məktəb muzeyi yaratdığına görə “möcüzə”, Xalq yazıçısı Süleyman Rəhimovun “od-alov” adlandırdığı gənc Abdulla bu gün teatrşünas, şair, publisist, rejissor və polkovnik Abdulla Qurbanidir. O, 100-dən çox kitabın, 200-dən çox hərbi vətənpərvərlik mövzusunda yazılan mahnının, eləcə də hərbi marş, rekviyem, oratoriya və simfonik poemanın sözlərinin müəllifidir. Azərbaycan mədəniyyətinin inkişafında və təbliğində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri təqaüdünə layiq görülməsi isə Vətən üçün yaşanılan ömrə verilən ən yüksək dəyərdir.
Milli Məclisin deputatı Xanhüseyn Kazımlı isə Abdulla Qurbani ilə tez-tez cəbhə bölgəsində olduqlarını vurğulayıb, əsgərlərlə görüşlərindən danışıb, onun istər poeziyasının, istər publisistikasının, istərsə də mahnı və hərbi marşlara yazdığı mətnlərin Vətənə, torpağa məhəbbətdən rişələndiyini diqqətə çatdırıb.
Tanınmış ədəbiyyatşünas, professor Ənvər Əhməd isə yubilyarın anadan şair doğulduğunu, natiq və tribun kimi sonradan yetişdiyini deyib. Qeyd edib ki, Abdulla Qurbaninin alovlu çıxışları hər zaman əsgərlərimizi döyüşə ruhlandırıb.
AZƏRTAC-ın Baş direktorunun müavini, şəhid atası Dağbəyi İsmayılov çıxışında Abdulla Qurbani ilə Murovdağa - ön cəbhəyə səfərlərindən söz açaraq hər zaman onun daxilindəki tükənməz enerjiyə heyran qaldığını bildirib. Vurğulayıb ki, Abdulla Qurbaninin daxilindəki bu enerji onun Vətən sevgisindən, doğma el-obaya bağlılığından qaynaqlanır. D.İsmayılov onu da diqqətə çatdırıb ki, bu gün hər bir şəhid ailəsində Abdulla Qurbanini tanıyır və sevirlər. Abdulla Qurbaninin ssenarisi ilə keçirilən kütləvi vətənpərvərlik tədbirlərinin, televiziya tamaşalarının hər biri, şəhidlərə həsr etdiyi şeirlər mükəmməl vətənpərvərlik dərsidir. Məhz buna görə o, şəhid ailələrinin sevgisini qazana bilib.
Digər çıxış edənlər də Silahlı Qüvvələrimizin ilk hərbi paradının aparıcısı olan, tamaşaçıları və dinləyiciləri daim qürurlandıran Abdulla Qurbaninin hədər yerə yaşamadığı ömrünü Azərbaycana sərf etdiyini vurğulayıblar. Abdulla Qurbanini gözəl insan, etibarlı dost, yüksək mənəviyyat adamı, zəhmətkeş ziyalı kimi dəyərləndirərək ona ən xoş arzularını çatdırıblar.
Yubilyarı təbrik edənlər onun bundan sonra da fəaliyyəti, çıxışları və duyğusal şeirləri ilə könüllərdə yer tutacağına inam ifadə ediblər.
Ölkəmizdə veteran hərəkatının gücləndirilməsində xidmətlərinə görə Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin qərarı ilə Abdulla Qurbani “General Həzi Aslanov” yubiley medalı ilə təltif olunub.
Medalı Respublika Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təqdim edib.
Sonda tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirən Abdulla Qurbani bundan sonra da sözün və Vətənin keşiyində duracağını və yeni əsərləri ilə Azərbaycan ədəbiyyatına töhfələr verəcəyini deyib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

