Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Ombudsman ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Ombudsman ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

21.12.2016 [09:51]

Dekabrın 20-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub.
Fonddan AZƏRTAC-a bildiriblər ki, görüşdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Fondun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Qazaxıstan, Qırğız və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə təsis edildiyini qeyd edib. G.Əfəndiyeva Fondun türkdilli xalqların mədəniyyətinin, irsinin mühafizəsinə və təşviq edilməsinə yönəlmiş fəaliyyət istiqamətləri, həyata keçirilmiş tədbirləri, eləcə də gələcək layihələri barədə məlumat verib.
E.Süleymanova Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasını türk dünyasına xas tarixi-mədəni irsin qorunması və dünyaya tanıdılması istiqamətində töhfə kimi qiymətləndirib, Fondun uğurlu gələcək fəaliyyətinə dair inamını ifadə edib.
Eyni zamanda, tərəflər hər il Ombudsmanların Bakı Beynəlxalq konfranslarının keçirilməsinin əhəmiyyətinə toxunub, bu ənənənin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüşdə əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparılıb.

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31