Gəncə Avropa Gənclər Paytaxtının rəmzi açarını Varna şəhərinə təqdim edib
21.12.2016 [09:53]
Dekabrın 20-də “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin bağlanış mərasimi olub.
AZƏRTAC xəbər verir ki, mərasimdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, bir sıra dövlət və hökumət nümayəndələri iştirak ediblər. Mərasimə, həmçinin Milli Məclisin deputatları, xarici ölkələrin diplomatik nümayəndəliklərinin və QHT-lərin təmsilçiləri, Bolqarıstanın Varna şəhər bələdiyyəsinin rəhbərliyi, Gürcüstanın Kutaisi şəhərinin meri, ictimaiyyət nümayəndələri və könüllülər qatılıblar.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. İştirakçılara Gəncənin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı elan edilməsinə qədər şəhərdə bu istiqamətdə aparılan işlər və icra olunan layihələr, habelə sentyabrın 29-dan oktyabrın 2-dək keçirilən Avropa Gənclər Festivalı haqqında məlumat verilib.
Sonra Avropa Gənclər Paytaxı layihəsi çərçivəsində 2016-cı ildə Gəncə şəhərində görülən işlər, yerinə yetirilən yerli və beynəlxalq layihələrlə bağlı videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini və “Gəncə Avropa Gənclər Paytaxtı 2016” komitəsinin üzvü Aysun Zeynalova və “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” İctimai Birliyinin əməkdaşı Şəhriyar Hacıyev il ərzində həyata keçirilən yerli və beynəlxalq layihələrdən və onların nəticələrindən danışıblar.
Tədbirdə çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi dövlət gənclər siyasətindən bəhs edib. Bildirilib ki, 2016-cı il Gəncə şəhəri üçün bir sıra yerli və beynəlxalq layihələrin reallaşdırılması baxımından əlamətdar olub. İl ərzində şəhərdə müxtəlif sahələri əhatə edən 250-dən çox layihə icra edilib. “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin icrası müddətində şəhərin infrastrukturu daha da təkmilləşdirilib. Belə ki, şəhərdə Gənclər Evi, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyi üçün yeni ofis və eyniadlı park, müasir idman qurğuları istifadəyə verilib. Gənclərin məşğulluğu sahəsində də ciddi işlər görülüb. Onlar, həmçinin müxtəlif təlim, seminar, konfrans və festivallarda iştirak edib, təcrübələrini daha da artırıblar.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Gəncə şəhəri Avropa Gənclər Paytaxtı layihəsini uğurla reallaşdırıb. Bu, Azərbaycanın bütün sahələrdəki inkişafı və dövlət gənclər siyasəti ilə bir başa bağlıdır. Ölkədə bərqərar olmuş sabitlik, dinamik inkişaf və qazanılan nailiyyətlər Gəncə şəhərinin bu titulu əldə etməsində əsas rol oynayıb.
Layihəni Azərbaycanın bu sahədə növbəti uğuru kimi dəyərləndirən nazir müavini vurğulayıb ki, il ərzində bir sıra xarici ölkələrdə həyata keçirilən tədbirlər Azərbaycanı, Gəncə şəhərini daha yaxından tanıdıb və çoxlu dostlar qazandırıb.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək Avropa Gənclər Paytaxtı layihəsi çərçivəsində Gəncə şəhərində görülən işləri Azərbaycanın gənclər siyasətinin uğuru kimi qiymətləndirib. Vüsal Quliyev bildirib ki, əvvəlki ev sahiblərindən fərqli olaraq, Gəncədə həyata keçirilən tədbirlər istər miqyasına, istərsə də yüksək səviyyədə təşkilatçılığına görə digər beynəlxalq layihələrin icrası üçün nümunə ola bilər.
“Layihənin yüksək səviyyədə icrası Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir. İndiyədək Avropa Gənclər Paytaxtı layihəsi ilə bağlı heç bir Avropa ölkəsinin rəhbəri müvafiq sərəncam imzalamayıb. Məhz dövlətimizin başçısının imzaladığı sənəd Avropa Gənclər Paytaxtı layihəsinin yüksək səviyyədə keçirilməsini təmin edib. Bu uğura könüllülər də layiqli töhfə veriblər”, - deyə Vüsal Quliyev vurğulayıb.
Varna şəhərinin meri İvan Protnix Avropa Gənclər Paytaxtı titulunun 2017-ci ildə rəhbərlik etdiyi şəhərin daşıyacağından duyduğu sevinci mərasim iştirakçıları ilə bölüşüb. Mer qeyd edib ki, Gəncə şəhəri çoxsaylı uğurlu yerli və beynəlxalq layihələr icra edib. Bundan sonra bu titulu daşımaq Varna şəhəri üçün həm böyük sevinc, həm də məsuliyyətdir. İvan Protnix gələcəkdə layihələrin həyata keçirilməsində Gəncənin təcrübəsindən yararlanacaqlarını və hər iki şəhərin daha yaxından əməkdaşlıq edəcəyini diqqətə çatdırıb.
Prezident yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev çıxışında Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra həyata keçirilən gənclər siyasətindən və ölkə gəncliyinə dövlət qayğısından bəhs edib. Eyni zamanda, icra olunan dövlət proqramları və islahatlar haqqında qonaqlara məlumat verib.
Sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Avropa Gənclər Paytaxtı titulunun rəmzi açarını Varna şəhərinin meri İvan Protnixə təqdim edib.
Mərasimin sonunda Avropa Gənclər Paytaxtı layihəsinin yüksək səviyyədə reallaşdırılmasında yaxından iştirak etmiş gənclər təşkilatları, dövlət və biznes qurumları, könüllülər, həmçinin mətbuat nümayəndələri təltif olunublar.
Mükafatlandırılanlar sırasında AZƏRTAC-ın bölgə müxbiri də var. O, “Gəncə - 2016 Avropa Gənclər Paytaxtı” layihəsinin mütəmadi işıqlandırılmasına görə təşəkkürnamə ilə təltif edilib.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

