/ / Elektrik enerjisi və təbii qazın istifadəsində güzəşt limitinin artırılması ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb
Elektrik enerjisi və təbii qazın istifadəsində güzəşt limitinin artırılması ölkə ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb
24.12.2016 [11:08]
Məlum olduğu kimi, Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il noyabrın 28-də keçirilmiş iclasında təbii qaz və elektrik enerjisi tariflərinə baxılıb və ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar verilib. Lakin bir müddət sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif Şurasının iclasında əhali üçün tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılıb. Bununla da son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olur.
Göründüyü kimi, sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanları nəzərə alınmaqla vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub. Məhz Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı tarif tənzimlənməsi barədə sonuncu qərarında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub.
Bu isə bir daha hökumət tərəfindən qəbul edilən qərarların əsas motivində məhz əhalinin mənafeyinin, vətəndaşların sosial rifah halının yaxşılaşdırılmasının dayandığını göstərir.
Yeri gəlmişkən, Prezident İlham Əliyevin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Tarif Şurasının iclasında təbii qaz və elektrik enerjisi istehlakının həcminin artırılması ölkəmizin vətəndaşları tərəfindən məmnunluqla qarşılanıb. Bu sırada cəbhə bölgəsində yaşayan sakinlər də yer alırlar. Məsələn, Ağdam rayon Qaradağlı kənd sakini Eyvaz Mirzəyev deyib: “Təbii qaz üçün illik istehlak həcminin 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisi istehlakının həcminin isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılması əhalinin sosial müdafiəsi baxımından atılmış mühüm addımdır. Cəbhə kəndində yaşayan vətəndaş kimi bu qərara sevinirəm və Prezidentə çox sağ ol deyirəm”.
Rzalar kənd tam orta məktəbin müəllimi Aisə Abbasova Prezidentin tapşırığı ilə verilən bu qərardan razılığını bildirib. Qeyd edib ki, dövlətimizin başçısının tapşırığına əsasən təbii qaz və elektrik enerjisinin qiymətləri ilə bağlı Tarif Şurasının qərarının dəyişilməsi onu göstərir ki, Prezidentimizin həyata keçirdiyi siyasətin əsasında insan amili, vətəndaşların rifah halının yaxşılaşdırılması dayanır.
Evdar qadın Samirə Qurbanova isə fikirlərini belə ifadə edib: “Qaz və elektrik enerjisinin tariflərinə edilən dəyişiklik məni çox sevindirdi. Çünki bu dəyişiklik sayəsində ailə büdcəmizə zərər toxunmayacaq. Bunun üçün Prezidentimizə təşəkkür edirəm”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

