Nəsimi rayonu 2016-cı ili yüksək nailiyyətlərlə başa vurub
03.02.2017 [09:52]
Dünən Nəsimi rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclasında 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafına yekun vurulub, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin illik iclasında və regional inkişafa dair konfransda qarşıya qoyduğu vəzifələr müzakirə olunub, bu ilin başlıca hədəflərini əhatə edən qərarlar qəbul edilib.
Toplantını giriş sözü ilə açan Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, keçən il respublikamızda olduğu kimi, Bakının Nəsimi rayonunda da davamlı sosial-iqtisadi inkişaf təmin edilib, bir sıra layihələr uğurla həyata keçirilib.
Yığıncaq iştirakçılarına rayonda son bir ildə baş verən yenilikləri və ümumi irəliləyişi əks etdirən videohesabat təqdim olunandan sonra Nəsimi RİH-in başçısı Asif Əsgərov 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişafının əsas göstəricilərini şərh edib, ölkə başçısının paytaxtın və onun rayonlarının hərtərəfli inkişafı ilə bağlı həyata keçirdiyi siyasətin növbəti hədəfləri barədə məlumat verib.
Natiq qeyd edib ki, Prezident İlham Əliyevin ötən ilin əvvəlində yerli icra strukturlarına verdiyi tapşırıqların Nəsimi rayonunda bütünlüklə və ardıcıl icrası ilin uğurla başa çatdırılmasını təmin edib. Dövlət başçısı paytaxtın mərkəzi rayonunun problemlərinin həllini daim nəzarətdə saxlayır, gerçəkləşdirilən layihələri ardıcıl himayə edir. Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun rəhbəri, birinci xanım Mehriban Əliyevanın rayona hər gəlişi Nəsimi rayon sakinlərinin həyatında əlamətdar hadisə olub, onları yeni nailiyyətlərə ruhlandırıb.
Hesabat göstəricilərinə yekun vuran icra başçısı söyləyib ki, əldə olunmuş uğurlar yeni nailiyyətlər üçün mökəm zəmin yaradıb.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Tağı Tağıyev yığıncaqda çıxış edib.
Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Ziyad Səmədzadə və Asim Mollazadə də iclasda iştirak ediblər.
Müzakirələrdən sonra cari ilin konkret hədəflərini əks etdirən qərarlar qəbul olunub. Toplantı iştirakçıları adından Prezident İlham Əliyevə ünvanlanan müraciətdə rayonun sürətli inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq, Nəsimi rayon sakinlərinin quruculuq əzmi ifadə olunub.
Tədbirdə 2016-cı il ərzində görülən işlərdən bəhs edən film nümayiş olunub. Həmçinin tədbir iştirakçılarına nəfis şəkildə tərtib olunmuş “Nəsimi rayonu” jurnalı təqdim edilib.
Sonda ilin yubilyarlarına və idman qaliblərinə Nəsimi RİH-in xatirə hədiyyələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31

