Qlobal ərzaq böhranı - Aİ çıxış yolu axtarır
11.07.2026 [09:58]
Hazırda dünyanın mənzərəsi bir sıra kədərli reallıqlarla səciyyələnir. Uzanan Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə gərginliyin artması, dünya üçün əsas su yollarındann biri olan Hörmüz boğazının siyasi manipulyasiya alətinə çevrilməsi öz arxasınca fəsadlara yol açır və beynəlxalq birliyi ağır sınağa çəkir. O cümlədən müharibələr və iqlim dəyişmələri səbəbindən istehsal həcmlərinin azalması, tədarükdə yaranan çətinliklər dünya əhalisinin ərzaq məhsullarına olan tələbatının tam şəkildə ödənilməsi imkanlarını əhəmiyyətli dərəcədə məhdudlaşdırırb.
FAO həyəcan təbili çalır - bazarlar boşalır, qiymətlər artır
Yeni növ koronavirus pandemiyasından sonra dünya daha bir ərzaq böhranı ilə üz-üzə qalıb. Geosiyası gərginliklər davam etdikcə bazarlar boşalır, qiyməylər və inflyasiya artır. Vəziyyət kritik dərəcədə ağır qiymətləndirilir. Mütəxəssislərin qənaətinə görə, ərzaq bazarında tələbatın qarşılanmasında yaranan çətinliklər hamsı bir yerdə eyni vaxtda təsir göstərə bilən müxtəlif amillərdən qaynaqlanır. Bu sırada
- İqlim dəyişiklikləri,
- Ticarət qadağaları,
- İran, ABŞ, İsrail müharibəsi fonunda Hörmüz boğazı ətrafıında yaranan vəziyyət,
- Rusiya-Ukrayna müharibəsi səbəbindən Şimal marşrutlarının risk altına düşməsi,
- Qara dəniz limanlarından daşımaların məhdudlaşması,
- El-Ninyo fenomeni və s. səbəblər yer alır.
İqlim dəyişikliyi nəticəsində temperaturun artması kənd təsərrüfatına ciddi zərbə vurur. BMT-nin məlumatına görə, qlobal temperaturun 1,4°C yüksəlməsi aqrar sektorun məhsuldarlığını 21 faiz azaldıb. İstiləşmə eyni zamanda dəniz ekosistemlərinə zərər vurur, balıq ehtiyatlarını azaldır və zərərvericilərin çoxalmasına səbəb olur. Bu isə quraqlıq, torpaq deqradasiyası və meşə yanğınlarının artmasına gətirib çıxarır.
Digər tərəfdən, ölkələr arasında ticarət müharibəsi kənd təsərrüfatı xərclərini artırıb və fermerlərin xarici bazarlara çıxışını məhdudlaşdırıb. İranla gərginlik isə yanacaq və gübrə qiymətlərinin yüksəlməsinə səbəb olub. Bu problemləri El-Ninyo fenomeninin daha da gücləndirə biləcəyi vurğulanır. Gözlənilən temperatur rekordları isə xüsusilə Hindistan, Afrika və digər sıx məskunlaşmış regionlarda vəziyyəti daha da kəskinləşdirə bilər. Xəbərdarlıq edilir ki, əgər mövcud böhran vəziyyəti 90 gün ərzində davam edərsə, 2026-cı ilin sonlarında və 2027-ci ildə qlobal miqyasda kəskin ərzaq çatışmazlığı təhlükəsi qaçılmaz olacaq. İlin əvvəlindən bəri ayrı-ayrı pozisiyalar üzrə qiymətlərdə ardıcıl artımlar müşahidə edilir. FAO-nun hesabatında bildirilir ki, fevral ayında qlobal ərzaq qiymətləri indeksi yanvarla müqayisədə 0,9 faiz artıb. Bu, xüsusilə də dənli bitkilərin, ətin və bitki yağlarının qiymətlərinin artması ilə əlaqədardır. Belə ki, fevral ayında taxılın qiymət indeksi 1,1 faiz, o cümlədən buğda qiymətləri 1,8 faiz artıb. Qarğıdalı qiymətləri və düyü qiymət indeksində də artım müşahidə olunub. Bitki yağı qiymət indeksi aylıq müqayisədə 3,3 faiz, illik əsasda isə 11,7 faiz artıb. Ət qiymətləri indeksi aylıq 0,8 faiz, illik müqayisədə 8 faiz artıb.
Qimət indekslərində artım dendensiyası sonrakı aylarda da davam edib. FAO-nun Ərzaq Qiymətləri İndeksi aprel ayında orta hesabla 130,7 bənd təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 1,6 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2 faiz yüksək olub. Bitki yağlarının qiymətlərinin artım tendensiyası aprel ayında da yüksək olub. Belə ki, bu göstərici 5,9 faiz artaraq 2022-ci ilin iyulundan bəri ən yüksək səviyyəyə çatıb. FAO bildirir ki, xam neft qiymətlərinin yüksəlməsi bioyanacaq istehsalına marağı artırıb və bu da palma, soya, günəbaxan və kolza yağlarının bazarında qiymət artımına səbəb olub. Eyni zamanda, ət qiymətləri də aprel ayında rekord həddə yüksəlib. Bu artım əsasən mal əti və donuz əti qiymətlərinin bahalaşması ilə əlaqələndirilir.
Təəssüf ki, perspektivlə bağlı proqnozlar da nikbin deyil. Müharibələr uzandıqca enerji daşıyıcılarının qiymətlərinin daha da artması gözlənilir. Bu isə bilavasitə ərzaq qiymətlərində öz əksini tapacaq.
Aİ-nin yeni strategiyası özünü doğruldacaqmı?
Rusiya-Ukrayna müharibəsindən və Yaxın Şərqdəki gərginlikdən ən çox təsirlənən coğrafiyalardan biri Avropa İttifaqı (Aİ) məkanıdır. Ciddi enerji təhlükəsizlliyi problemi ilə üz-üzə qalan “qoca qitə” bunun yan təsirini həmçinin ərzaq bazarında, artan qiymətlərdə, inflyasiyanın yüksəlməsində görür. Buna görə də Avropa İttifaqı artıq real olan və gözlənilən risklərdən sığortalanmağın yollarını axtarır. Qurum heyvandarlıq sektorunu iqlim dəyişikliyi, heyvan xəstəlikləri və artan istehsal xərclərinə qarşı daha dayanıqlı etmək məqsədilə ilk genişmiqyaslı strategiya hazırlayıb.
Aİ Komissiyası heyvandarlıq sektorunun uzunmüddətli perspektivdə güclü və davamlı inkişafını təmin etmək məqsədilə hazırladığı “Heyvandarlıq Strategiyası” və “Protein üzrə Fəaliyyət Planı”nı ictimaiyyətə təqdim edib.
Strategiyaya əsasən, Aİ-də heyvandarlıqla məşğul olan təsərrüfatların iqtisadi, ekoloji və bazar risklərindən irəli gələn çətinliklərin aradan qaldırılmasına dəstək veriləcək. Heyvandarlıq sektorunun böhranlara qarşı dayanıqlığı artırılacaq, rəqabət qabiliyyəti gücləndiriləcək, davamlı inkişaf təşviq olunacaq, kənd ərazilərində istehsalın qorunması təmin ediləcək və Avropa istehsalında keyfiyyət standartları yüksəldiləcək. Bu məqsədlə risklərin idarəolunması mexanizmləri təkmilləşdiriləcək, yeni və təkrar sığorta sisteminin tətbiqi nəzərdən keçiriləcək. Bununla yanaşı, üzv dövlətlərə heyvan xəstəliklərinin təsirlərinin idarəolunması istiqamətində dəstək göstəriləcək, xəstəliklərin qarşısının alınması, erkən aşkarlanması və operativ müdaxilə imkanları genişləndiriləcək.
Aİ Komissiyası sektorun gəlirliliyinin artırılması, innovativ texnologiyaların tətbiqinin sürətləndirilməsi, rəqabət qabiliyyətinin və dayanıqlığın gücləndirilməsi istiqamətində də fəaliyyət göstərəcək. Eyni zamanda, maliyyə resurslarına çıxışın asanlaşdırılması, qəfəssiz heyvandarlıq sistemlərinə keçidin dəstəklənməsi, dairəvi iqtisadiyyat prinsiplərinin geniş tətbiqi və fermerlərin gəlirlərinin qorunması üçün tədbirlər həyata keçiriləcək. Avropanın müxtəlif regionlarında tətbiq olunan heyvandarlıq modelləri nəzərə alınmaqla davamlı inkişaf problemlərinin həlli üçün regional yanaşmalar hazırlanacaq. Heyvanların rifahı ilə bağlı qaydalar elmi əsaslar üzrə yenidən nəzərdən keçiriləcək. Yeni tələblərin tətbiqi üçün kifayət qədər keçid müddəti müəyyən ediləcək və maliyyə dəstəyi göstəriləcək.
Bundan əlavə, Aİ təsərrüfat səviyyəsində heyvandarlıqdan yaranan istixana qazı emissiyalarının hesablanması üçün uyğunlaşdırılmış metodlar hazırlayacaq. İqlim dəyişikliyi ilə mübarizə tədbirləri, qida maddələrinin səmərəli idarəolunması və təbii resurslardan davamlı istifadə təşviq ediləcək. Xüsusilə tərkedilmə riski yüksək olan həssas bölgələrdə davamlı heyvandarlığın yenidən inkişaf etdirilməsi məqsədilə üzv dövlətlərlə birgə xüsusi fəaliyyət planı hazırlanacaq.
Aİ-də istehsal olunan davamlı heyvandarlıq məhsulları təşviqat siyasəti, coğrafi göstəricilər, “Avropa məhsulu al” kampaniyası və ekoloji təmiz istehsal sistemləri vasitəsilə dəstəklənəcək.
Strategiya ilə birlikdə qəbul edilən “Protein üzrə Fəaliyyət Planı” Avropanın idxal olunan protein yemlərindən asılılığını azaltmağı hədəfləyir.
Aİ Komissiyasının məlumatına görə, 2025-ci ildə Aİ-də heyvan yemində istifadə olunan yağlı toxumların və protein bitkilərinin cəmi 25 faizi birlik daxilində istehsal olunub. Yeni plana əsasən, 2035-ci ilədək bu göstəricinin 35 faizə çatdırılması nəzərdə tutulur. Bunun üçün yerli protein bitkilərinin istehsalı dəstəklənəcək, təchizat zəncirləri möhkəmləndiriləcək və protein bitkilərinə yatırımlar artırılacaq.
Aİ-nin məlumatına əsasən, heyvandarlıq sektoru birliyin kənd təsərrüfatında yaradılan əlavə dəyərin təxminən 40 faizini formalaşdırır və illik dövriyyəsi 400 milyard avroya çatır. Sektor təxminən 4 milyon təsərrüfatda 7 milyon nəfərin məşğulluğunu təmin edir.
2025-ci ilin göstəricilərinə görə, Aİ-də 132 milyon donuz, 72 milyon iribuynuzlu heyvan, 54 milyon qoyun, 10 milyon keçi və təxminən 1,6 milyard ev quşu var. AI-nin yeni strategiyasının özünü necə doğruldacağını isə zaman göstərəcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45

