Qubadlı rayonu İcra Hakimiyyətində ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
15.02.2017 [10:04]
Dünən Sumqayıt şəhərində yerləşən Qubadlı rayonu İcra Hakimiyyətində “2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” hesabat yığıncağı keçirilib. Yığıncaqda Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin rayon İcra Hakimiyyətinin foyesində yerləşən abidəsi önünə gül dəstələri qoyublar. Daha sonra ötən il görülən işlərin əks olunduğu stendlərə baxış keçirilib.
Hesabat tədbirində 2016-cı il ərzində görülmüş işlərlə bağlı məruzə ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan sosial-iqtisadi siyasətin 2016-cı ildə də uğurlu nəticələr verdiyini deyib. Onun sözlərinə görə, 2016-cı ildə Qubadlı rayonundan olan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşması, kommunal problemlərinin həlli istiqamətində mühüm işlər görülüb. Bildirilib ki, rayon İH-nin müraciəti əsasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən Saatlı rayonunda məskunlaşan 2, Sabirabad rayonunda isə 3 ailə yeni mənzillə təmin edilib. M.İsaqov hesabat ilində rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə məcburi köçkünlərin məskunlaşdığı Ceyranbatan qəsəbəsi, bağlar yaşayış massivində Sumqayıt Regional Elektrik Şəbəkəsi tərəfindən həmin ərazidə bir ədəd yeni transformator quraşdırıldığını, Xızı rayonunun Sıtalçay qəsəbəsində yaşayan köçkünlərimizin elektriklə bağlı problemlərinin aradan qaldırıldığını söyləyib. Heydər Əliyev Fondu tərəfindən ünvanlı sosial yardım alan ailələrə verilən ərzaq yardımı rayondan olan 344 ailəyə çatdırılıb.
Vurğulanıb ki, rayonda siyasi ideoloji istiqamətdə mühüm işlər görülüb. Rayonun əsas aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası (YAP) Qubadlı rayon təşkilatının 3371 üzvü var. Qeyd edilib ki, YAP Qubadlı rayon təşkilatının üzvləri, eləcə də rayonun digər sakinləri ötən il keçirilən referendumda fəallıq nümayiş etdiriblər.
Hesabat məruzəsi ətrafında çıxış edən rayon Təhsil şöbəsinin müdiri Fuad Bədəlov, Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nüslət Əhmədov və digərləri il ərzində görülmüş işləri qənaətbəxş qiymətləndiriblər. Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıdışla bağlı verdiyi Sərəncamın yaxın gələcəkdə işğaldan azad edilən Qubadlıya və digər rayonlarımıza da tətbiq ediləcəyi ilə bağlı əminlik ifadə olunub. Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Ağa-Əli Əhmədov və Milli Məclisin deputatı İmamverdi İsmayılov da çıxış ediblər. Daha sonra rayonun ictimai həyatında fərqlənən bir qrup şəxsə fəxri fərmanlar təqdim edilib. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidentinə müraciət qəbul olunub.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24

