Dövlət qeydiyyatına alınmış yeddi dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib
08.03.2017 [11:58]
Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmiləri, dini təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, DQİDK-nın sədri Mübariz Qurbanlı Ulu öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasəti barədə danışıb. O, Ümummilli liderimizin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldüyünü bildirib, dini etiqad azadlığına geniş imkanlar açıldığını və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şəraitin yaradıldığını diqqətə çatdırıb. Komitə sədri Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri sayəsində bu gün Azərbaycanın tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyaya örnək göstərilən ölkələrdən biri olduğunu vurğulayıb. M.Qurbanlı bildirib ki, dövlətimizin başçısının sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə onlarla məscid tikilib, təmir və bərpa olunub, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilir və bu, dini zəmində münaqişələr girdabında boğulan müasir dünyamızda nadir nümunədir. Azərbaycanda müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunur. İslam dini üzrə gənc, peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini ayinləri yalnız ölkə daxilində dini təhsil almış şəxslər apara bilər. Buna görə də ölkəmizdə dini təhsil, din sahəsində kadrların hazırlanması ilə bağlı işlər görülür. Komitə sədri bu məsələdə dini tədris müəssisələrinin önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.
Sonra dövlət qeydiyyatına alınmış Zaqatala İslam Kollecinin, Gəncə İslam Kollecinin, Lənkəran İslam Kollecinin, Quba İslam Kollecinin, Heydər İslam Kollecinin, Nardaran İslam Kollecinin və Bibiheybət İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub.
Qeydiyyat şəhadətnamələri almış dini tədris müəssisələrinin rəhbərləri çıxış edərək dinə, dindarlara diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, rəhbərlik etdikləri tədris müəssisələri gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli-mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

