/ / Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində
Multikulturalizm Mərkəzinin “Qafqaz Albaniyasını öyrənirik” layihəsi Azərbaycan Dövlət Pedaqoji Universitetində
18.03.2017 [10:57]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) bu günlərdə “Qafqaz Albaniyasını öyrənirik” layihəsinə start verib. Layihə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində “Yelizavetpol quberniyasında udi kəndləri: biz nə bilirik?” mövzusunda növbəti mühazirə təşkil olunub.
Mühazirədən öncə BBMM-in əməkdaşı Yadigar Məmmədli layihə haqqında məlumat verib: “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi coğrafiyası, əhalisi ilə bağlı ölkə alimlərinin əldə etdikləri araşdırma nəticələrini geniş auditoriyaya, ilk növbədə respublikanın təhsil ocaqlarına çatdırmaq məqsədi ilə bu layihəni həyata keçirir. Bu layihə çərçivəsində mütəmadi olaraq “dəyirmi masa”lar, mühazirələr, təqdimatlar və görüşlər təşkil ediləcək”.
Mühazirəni Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa oxuyub. Mühazirəçi Azərbaycanın qədim, köklü soylarından olan udilər haqqında tələbə və professor-müəllim heyətinə ətraflı məlumat verib və qeyd edib ki, e.ə. V əsrdə yaşamış qədim yunan müəllifi Herodot özünün “Tarix” əsərində bu barədə yazıb. E.ə. I əsrdə yazıb-yaratmış Strabon da “Coğrafiya” əsərində Qafqaz Albaniyasında yaşamış 26 dildə danışan yerli alban soylarından olan udilərin adını qeyd edib: “Udilər tarixin mürəkkəb, keşməkeşli mərhələlərini yaşamışlar. XIX əsrin ikinci yarısında Yelizavetpol quberniyasında qeydə alınan udilər öz identikliyini qoruyub saxlaya bilmişdir”.
Nazim Mustafa auditoriyanın diqqətinə çatdırıb ki, sovet hakimiyyəti illərində gedən proseslər nəticəsində Gəncə arealında yaşayan udilərin bir qismi keçmiş SSRİ-nin müxtəlif yerlərinə səpələnib, Ermənistan SSR ərazisində qalan udilər isə digər milli azlıqlar kimi, assimilyasiyaya uğrayaraq tamamilə erməniləşiblər. Məruzəçi mühazirənin sonunda Azərbaycan dövlətinin Qəbələ rayonunun Nic kəndində və Oğuz şəhərində yaşayan udilərə məxsus tarixi-memarlıq abidələrinin qorunması, onların mədəniyyətinin inkişaf etdirilməsi və dillərinin qorunması sahəsində həyata keçirdiyi ardıcıl tədbirlər haqqında da ətraflı məlumat verib.
“Yelizavetpol quberniyasının udi kəndləri: biz nə bilirik?” mövzusunda mühazirə auditoriya tərəfindən maraqla qarşılanıb və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31

