Səhiyyə sektoru yeni inkişaf mərhələsinə qədəm qoyur
01.07.2009 [11:24]
Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev hələ 40 il əvvəl səhiyyə bölməsində uzunmüddətli dinamik inkişafa səbəb olan islahatların dərin təməllərini yaradıb. ümummilli lider Heydər Əliyev hakimiyyətinin bütün mərhələlərində səhiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərib. Bunun nəticəsində Azərbaycan səhiyyəsi bütün xidmət növlərinin keyfiyyət göstəricilərinə görə bir çox respublikalardan irəlidə dayanıb.
Son illər Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin səhiyyənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasət isə bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olub. Tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoyub. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu istiqamətdə gerçəkləşən siyasətin əsas prioritetlərini təşkil edir. Azərbaycan hökuməti neft gəlirlərinin böyük bir hissəsini ölkə vətəndaşlarının sosial həyat şəraitinin yaxşılaşmasına, maddi rifah səviyyəsinin daha da yüksəlməsinə, onların ən yüksək sosial xidmət növləri ilə təmin olunmasına yönəldir ki, bunun da başlıca istiqamətlərindən birini tibb xidmətlər təşkil edir. Dövlət Neft Fondunun, Dövlət Neft Şirkətinin maliyyə vəsaitləri ilə ölkəmizdə ən müasir tələblərə cavab verən tibb müəssisələri tikilərək istifadəyə verilməkdədir. Tibb müəssisələrinin təmir və bərpası, ən modern avadanlıqlarla təmin olunması, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təchiz olunması, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində islahatların ana xəttini təşkil edir.
Səhiyyə müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidənqurması sahəsində də böyük işlər həyata keçirilib. Son 5 il ərzində ölkədə 254 tibb müəssisəsinin tikintisi və əsaslı təmiri aparılıb. 2004-2008-ci illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda tibb sektoru ilə bağlı layihələrin icrası bu bölmədə dinamik inkişafı daha da sürətləndirib. Bu proqram çərçivəsində 240-dan çox tibb müəssisəsi yaradılıb. Regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılıb. Lənkəran, Qazax, Gəncə, Zaqatala, Qəbələ, Bərdə, Naxçıvan və Şirvan şəhərlərində Müalicə-Diaqnostika Mərkəzləri tikilib istifadəyə verilib. Sumqayıt, Şamaxı, Tovuz, Quba, Cəlilabad və digər şəhərlərdə həmin tibb müəssisələrinin tikintisi davam etdirilir. Yeri gəlmişkən, bütün Diaqnostika Mərkəzləri dializ bölmələri ilə təmin olunub. Bu isə indiyə qədər ölkədə ciddi problemlərdən biri olan xroniki böyrək çatışmazlığının həlli üçün mühüm əhəmiyyət daşıyır. Hökumət həm də bu xəstəliyə düçar olmuş şəxslərin dövlət hesabına müalicə olunmasını həyata keçirir.
Regionlarda diaqnostika mərkəzləri ilə yanaşı, son beş ildə bir çox sağlamlıq kompleksləri, səhiyyə ocaqları istifadəyə verilib. 2004-2008-ci illərdə bölgələrdə yeni xəstəxana, 42 ambulator-roliklinika müəssisəsi, 42 özəl tibb müəssisəsi, 19 feldşer məntəqəsi tikilərək istifadəyə verilib. Rayonlarda əhalinin istifadəsinə verilmiş 18 Olimpiya İdman Kompleksi də insanların sağlamlığının təmin olunmasında mühüm rol oynamaqdadır.
Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər proqramının icrası da səhiyyə sektorunda xidmətin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına və insanların sağlamlığının daha etibarlı şəkildə qorunmasına əlverişli zəmin yaradıb. Bütün bu tədbirlər nəticəsində tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib və onların müasir tibb avadanlıqları, dərman preparatları ilə təminatının yaxşılaşmasına səbəb olub. ümumiyyətlə, səhiyyənin idarəetmə sisteminin təkmilləşdirilməsi dünya standartları səviyyəsinə çatıb. Onu da qeyd edək ki, bu sahədə Dünya Bankı ilə əməkdaşlıq öz mühüm təsirini göstərib. DB səhiyyə xidmətlərinin yüksəldilməsi və idarəetmə sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması üçün Azərbaycan hökuməti ilə bir neçə ildir ki, əməkdaşlıq edir, öz maliyyə vəsaitlərini bu sahəyə yönəldir.
Dövlətə məxsus bütün səhiyyə müəssisələrində müayinə və müalicənin pulsuz aparılması ilə bağlı hökumətin 2008-ci il fevral ayının 1-dən qüvvəyə minən qərarının icrası isə tibb bölməsində xidmətin keyfiyyətinin daha yüksək səviyyəyə çatmasına imkan verib. Bu qərarın tətbiqindən sonra tibb müəssisələrinin dərman preparatları ilə təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. Son iki ildə dərman xərclərinə ayrılan vəsait 40 faiz artırılıb. Əhaliyə pulsuz verilən 60 adda ən vacib dərman preparatlarının siyahısına daha 50 preparat əlavə edilib.
Azərbaycanda səhiyyə islahatlarının aparılmasında və yeni tibb müəssisələrinin yaradılmasında Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi olaraq diqqəti cəlb edir. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ötən beş ildə tibb sektorunda həyata keçirilən bir çox irimiqyaslı layihələrin təşəbbüskarı olub. Fondun fəaliyyətinin ilk günlərindən başlayaraq Mehriban xanım səhiyyə sahəsinə böyük önəm verib və Fond əhalinin sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, vətəndaşların ölkəmizdə və xaricdə müalicəsinə kömək məqsədi ilə irimiqyaslı proqram və layihələrin həyata keçirilməsinə nail olub.
Heydər Əliyev Fondu daha çox respublikamızın gələcəyi olan uşaqların tibbi xidmətlərlə əhatə olunması sahəsindəki fəaliyyəti ilə seçilir. “Diabetli uşaqlara ən yüksək qayğı” layihəsi çərçivəsində bu xəstəlikdən əziyyət çəkən uşaqların müalicəsi üçün təxirəsalınmaz tədbirlər görülüb. Həmin xəstəliyə düçar olan 300-dən çox uşağın pulsuz dərmanlarla təmin olunması həll edilib.
Uşaqların sağlamlığının qorunması fəaliyyətinin prioritet istiqamətlərindən biri olan Heydər Əliyev Fondu “Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Talassemiya Mərkəzini inşa edərək bu xəstəlikdən əziyyət çəkən uşaqların istifadəsinə verib. Bu mərkəz Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə və ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasına imkan verir. Yaxın gələcəkdə burada talassemiyanın radikal müalicəsi üsulunun tətbiqi də nəzərdə tutulur ki, bu da xəstələrin tam sağalması deməkdir.
Heydər Əliyev Fondunun əhalinin sağlamlığının qorunması işinə verdiyi dəyərli töhfələrdən biri də respublikamızda analoqu olmayan Psixonevroloji Uşaq Evinin yaradılmasıdır. Bundan başqa, uşaqlar üçün Qastroenteroloji Sanatoriyanın və Reabilitasiya Mərkəzinin inşası, kor və görmə qabiliyyəti zəif olan uşaqlara yardım, digər humanist tədbirlər də Fondun uşaqlara olan diqqət və qayğısının bariz nümunəsidir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxİdman
27 Oktyabr 23:19
Siyasət
27 Oktyabr 22:56
YAP xəbərləri
27 Oktyabr 22:43
Dünya
27 Oktyabr 22:16
Dünya
27 Oktyabr 21:58
YAP xəbərləri
27 Oktyabr 21:30
Dünya
27 Oktyabr 21:10
İdman
27 Oktyabr 20:49
YAP xəbərləri
27 Oktyabr 20:36
Sosial
27 Oktyabr 20:15
Hadisə
27 Oktyabr 19:54
Dünya
27 Oktyabr 19:32
YAP xəbərləri
27 Oktyabr 19:18
YAP xəbərləri
27 Oktyabr 18:46
YAP xəbərləri
27 Oktyabr 17:34
Sosial
27 Oktyabr 17:13
Siyasət
27 Oktyabr 16:46
Gündəm
27 Oktyabr 16:34
Gündəm
27 Oktyabr 16:28
Sosial
27 Oktyabr 16:27
Gündəm
27 Oktyabr 16:24
Gündəm
27 Oktyabr 16:23
Maraqlı
27 Oktyabr 16:20
YAP xəbərləri
27 Oktyabr 16:01
Dünya
27 Oktyabr 15:42
YAP xəbərləri
27 Oktyabr 15:30
Dünya
27 Oktyabr 15:29
YAP xəbərləri
27 Oktyabr 15:00
YAP xəbərləri
27 Oktyabr 14:47
YAP xəbərləri
27 Oktyabr 14:42
Elanlar
27 Oktyabr 14:41
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:40
YAP xəbərləri
27 Oktyabr 14:38
YAP xəbərləri
27 Oktyabr 14:37
Dünya
27 Oktyabr 14:30
Sosial
27 Oktyabr 14:19
Sosial
27 Oktyabr 14:16
YAP xəbərləri
27 Oktyabr 14:08
Dünya
27 Oktyabr 13:24
YAP xəbərləri
27 Oktyabr 13:05
Dünya
27 Oktyabr 12:53
Dünya
27 Oktyabr 12:29
YAP xəbərləri
27 Oktyabr 12:11
YAP xəbərləri
27 Oktyabr 12:10
İqtisadiyyat
27 Oktyabr 11:58
İqtisadiyyat
27 Oktyabr 11:57
Hadisə
27 Oktyabr 11:56
Dünya
27 Oktyabr 11:36
Dünya
27 Oktyabr 11:10
YAP xəbərləri
27 Oktyabr 11:03
Hadisə
27 Oktyabr 10:55
Dünya
27 Oktyabr 10:21
Dünya
27 Oktyabr 09:40
İdman
27 Oktyabr 09:13
Dünya
27 Oktyabr 08:52
Hadisə
27 Oktyabr 08:25
Dünya
27 Oktyabr 07:14
İdman
26 Oktyabr 23:19
Dünya
26 Oktyabr 22:36
İdman
26 Oktyabr 21:42
Maraqlı
26 Oktyabr 20:32
Dünya
26 Oktyabr 19:17
Analitik
26 Oktyabr 18:41
Dünya
26 Oktyabr 18:36
Maraqlı
26 Oktyabr 17:45
İdman
26 Oktyabr 16:28
Dünya
26 Oktyabr 16:22
Dünya
26 Oktyabr 15:24
YAP xəbərləri
26 Oktyabr 14:36

