/ / Azərbaycan Memarlıq və İnşaat Universitetində IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetində IV İslam Həmrəyliyi Oyunlarının təbliğatı aparılıb
14.04.2017 [09:21]
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən Oyunların mahiyyətinin ölkə ictimaiyyətinə daha ətraflı çatdırılması məqsədilə silsilə təbliğat-təşviqat tədbirləri həyata keçirilir. Belə tədbirlərdən biri də aprelin 13-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) təşkil edilib.
AzMİU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev AzMİU-nun rektoru Gülçöhrə Məmmədova ilə IV İslam Həmrəyliyi Oyunları barədə görüşünü xatırladıb. Diqqətə çatdırılıb ki, rektor Oyunlarda fəaliyyət göstərəcək minlərlə könüllülər sırasında AzMİU-nun tələbələrinin yer almalarından məmnunluğunu bildirib.
IV İslam Həmrəyliyi Oyunlarının mahiyyətindən danışan İ.Vəliyev vurğulayıb ki, yarışlar təkcə İslam ölkələrinin deyil, başqa dinlərin, müxtəlif inancların, fərqli xalqların həmrəyliyinə də xidmət edir. Azərbaycan tolerant dəyərləri ilə dünyada nümunə ölkədir. Oyunlar ölkəmizə gələn qonaqlara multikultural dəyərlərimizi daha ətraflı təqdim etmək imkanı verir. Bu işdə könüllülərin fəaliyyətini xüsusi vurğulamaq lazımdır.
İ.Vəliyev gəncləri Azərbaycanın imicini yüksəkdə tutmağa, sülhün carçısı olduğumuzu nümayiş etdirmək üçün səylə çalışmağa, bu işdə Bilik Fondunun dəstəyinə güvənməyə çağırıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi, IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin katibi Könül Nurullayeva yarışların tarixindən söz açıb. Diqqətə çatdırılıb ki, tədbir təkcə Azərbaycanın deyil, İslam dünyası ölkələrinin, həmçinin başqa dinlərin nümayəndələrinin həmrəyliyinə, İslam dini ilə bağlı qərəzli yanaşmaların aradan qalxmasına təkan olacaq.
K.Nurullayeva yarışların proqramına daxil edilmiş idman növləri, idmançıların təmsil etdikləri ölkələr və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin iş prinsipi haqqında məlumat verib. Bildirilib ki, oyunlarda 57 İslam ölkəsindən idmançılar iştirak edəcəklər. Bu da tədbirdə bütün İslam ölkələrinin əhatə olunması deməkdir. Müsəlman ölkələrini təmsil edən üç mindən çox atlet 10 yarış günü ərzində idmanın 20 müxtəlif növü üzrə 23 kateqoriyada mübarizə aparacaq. Yarışlar 16 müasir idman qurğusunda keçiriləcək. O, aprelin 5-də paytaxtımızdakı Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verildiyini xatırladıb. İslam Həmrəyliyi Oyunları ilə “Bakı-2015” birinci Avropa Oyunlarının maliyyə xərcləri arasında ümumi müqayisə aparan K.Nurullayeva diqqətə çatdırıb ki, bu yarışlara dəfələrlə az vəsait xərclənib. Belə ki, yarışlar “Bakı-2015” birinci Avropa Oyunları ərəfəsində tikilən idman obyektlərində keçiriləcək.
AzMİU-nun prorektoru Tofiq Qasımov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat-təşviqat xarakterli tədbirin bu universitetdə təşkilini yüksək dəyərləndirib.
Sonda “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən hazırlanan videoçarx nümayiş olunub.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

