/ / Tələbələr Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yazı müsabiqəsi barədə məlumatlandırılıblar
Tələbələr Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan yazı müsabiqəsi barədə məlumatlandırılıblar
19.04.2017 [10:03]
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşəbbüsü ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri ilə görüş keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tələbələrə AQUPDK-nın təşəbbüsü ilə keçiriləcək, Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda yazı müsabiqəsi barədə məlumat verilib.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qeyd edib ki, Ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə qadınların cəmiyyətdə rolu, dövlət idarəçiliyində qadınlara üstünlük verilməsi və digər məsələlər diqqət mərkəzində olub. Ümummilli lider həmişə qadınlara xüsusi diqqət və qayğı ilə yanaşıb, onların rolunu yüksək qiymətləndirib, qadınlarla bağlı problemləri diqqət mərkəzində saxlayıb. Diqqətə çatdırılıb ki, Ulu öndərin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli liderin zəngin irsinin məhz bu istiqamətdə böyük araşdırmalara, tədqiqatlara ehtiyacı olduğunu vurğulayan rektor görkəmli dövlət xadiminin xatirəsinə həsr olunan yazı müsabiqəsinin keçirilməsini alqışlayıb. O, tələbələrin bu müsabiqədə fəal iştirak edəcəklərinə və dəyərli, maraqlı işlərin ortaya çıxacağına əminliyini bildirib.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı tarixə nəzər salaraq Azərbaycan qadınlarının bütün zamanlarda cəmiyyətin aparıcı qüvvəsi olduğunu, dövlət siyasətində qadınların fəaliyyətinə qiymət verildiyini, Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində bu məsələlərin daha da aktual olduğunu diqqətə çatdırıb.
Qeyd edilib ki, Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə Ulu öndər cəmiyyətdə qadının rolunu yüksək qiymətləndirib. Qadınlarla bağlı dövlət tədbirlərinin keçirilməsinin məhz Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərinə təsadüf etdiyini deyən Milli Məclisin deputatı dövlət strukturlarında qadınların irəli çəkilməsini xüsusi qeyd edib.
AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, professor Rəna Mirzəzadə yazı müsabiqəsi ilə bağlı tələbələrə ətraflı məlumat verib, onlara uğurlar arzulayıb.
AQUPDK-nın qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşı Xumar İlqarqızı müsabiqədə iştirak etmək istəyən tələbələrə məqalələri və özləri haqqında məlumatı (adı, soyadı, atasının adı, əlaqə telefonları, təhsil aldığı müəssisə) aprelin 30-dək meqalemusabiqe@gmail.com elektron ünvanına göndərməyi tövsiyə edib. Müsabiqə qaliblərinin mükafatlandırılacaqları bildirilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30

