/ / Bilik Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda videokonfrans keçirilib
Bilik Fondunun təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda videokonfrans keçirilib
28.04.2017 [09:24]
Hikmət Babaoğlu: Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda videokonfrans keçirilib. Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzində keçirilən videokonfransda Sumqayıt, Gəncə, Bərdə, Mingəçevir, Lənkəran, Şəki, Qazax, eləcə də paytaxt Bakıdan olan ziyalılar, yerli ictimaiyyətin nümayəndələri, gənclər və tələbələr iştirak ediblər.
Konfransdan öncə Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Ümummilli lider Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Azərbaycanda müstəqil, demokratik, hüquqi dövlətin bərqərar olması, milli dövlətçiliyimizin, onun suverenliyinin qorunub saxlanılması Ulu öndərin adı ilə bağlıdır. O.Səmədov Ulu öndər Heydər Əliyevin maarifçilik ideyalarının inkişafına, milli təhsilin səviyyəsinin yüksəldilməsinə, yeni məktəblərin tikintisinə, təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsinə, yüzlərlə azərbaycanlı gəncin nüfuzlu ali məktəblərdə təhsil almalarına xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Mövzu ilə bağlı regionlardan və paytaxtdan olan videokonfrans iştirakçıları qarşısında geniş məruzə ilə çıxış edən Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, 1990-cı illərin əvvəlində Azərbaycanın gələcək taleyi ilə bağlı olan problemlərdən biri də köhnə siyasi sistemin dağılması nəticəsində cəmiyyətdə yaranan ideoloji və mənəvi böhran idi. Müstəqilliyimizi əldə etdikdən dərhal sonra bu sahədə ümidsiz bir boşluq olduğunu qeyd edən Hikmət Babaoğlu sonradan vəziyyətin köklü şəkildə dəyişdiyini diqqətə çatdırıb. Millət vəkili deyib ki, köhnə ictimai-siyasi quruluş dağıldıqdan sonra onun ideoloji və mənəvi dayaqları da iflasa uğramış oldu. Həmin siyasi quruluşun illərlə formalaşdırdığı və tərbiyə etdiyi ictimai şüur yeni ideologiya axtarışına çıxmaq məcburiyyətində qaldı. Bu dövr istər yeni cəmiyyət modelinin qəbul edilməsi, istərsə də milli ideologiya formalarının axtarılması ilə xarakterik idi: “Məhz belə bir mürəkkəb situasiyanın fonunda siyasi palitrada təmsil olunan qüvvələr özlərinin qrup mənafeləri naminə müxtəlif ideoloji cərəyanlara istinad etməyə və pərakəndə səciyyə daşıyan, milli xüsusiyyətlərimizə heç bir halda cavab verməyən bu cür ideoloji nümunələrini cəmiyyətə zorla da olsa təqdim etməyə çalışırdılar. Belə olduqda isə konstruktivlik və milli həmrəylik naminə mövqelərin yaxşılaşdırılması əvəzinə maksimalistlik meyilləri artır, bir-birini inkar formulu aksioma çevrilirdi”.
Millət vəkili qeyd edib ki, vətəndaş həmrəyliyi yarada biləcək ideologiya isə yalnız 1993-cü il siyasi dönəmindən sonra səslənməyə başladı. Bu, Ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən müddəalar oldu: “Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu Azərbaycançılıq ideologiyası özündə ümumbəşəri səciyyə daşıyan və milli dəyərlərə cavab verən prinsipləri ehtiva etməklə milli həmrəyliyi təmin edən milli-mənəvi mexanizm oldu. Azərbaycançılıq, eyni zamanda, bütün dünyada yaşayan azərbaycanlıların milli istinad mənbəyinə çevrildi. Bu ideologiya siyasi mənsubiyyətindən, dini əqidəsindən asılı olmayaraq bütün etnik qrupların, milli azlıqların hüquqlarını paritet əsasda təsbit etdi və milli həmrəylik mənbəyinə çevrildi. Bu gün dünyaya özünəməxsus tolerantlıq modeli təqdim edən, multikulturalizmin inkişafına töhfə verən Azərbaycan dövləti dini, etnik fərqliliyin birgəyaşayışının ən yüksək nümunəsi sayılır. Prezident İlham Əliyevin 2016-cı ili “Multikulturalizm İli” elan etməsi də məhz bu modelin dünyaya daha yaxından tanıdılmasında əhəmiyyətli rol oynadı”.
Tədbirdə, həmçinin bölgə ziyalılarının fikirləri səslənib, millət vəkili Hikmət Babaoğlu rayonlardan videokonfransa qatılan dinləyicilərin suallarını cavablandırıb.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

