/ / Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabı təqdim edilib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabı təqdim edilib
29.04.2017 [09:58]
Aprelin 28-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Azərbaycanda yaşayan xalqların atalar sözləri və deyimləri” kitabının təqdimatı keçirilib. BBMM-in müşaviri, professor Aytən Qəhrəman nəşri yüksək dəyərləndirərək rəhbərlik etdiyi qurumun hər zaman belə layihələrə dəstək olduğunu və bundan sonra da olacağını vurğulayıb. Müşavir bildirib ki, kitabda Azərbaycanda yaşayan müxtəlif xalqların həyatının müxtəlif sahələri, məişəti, münasibətləri, fikri, dünyagörüşü haqqında 1300-ə yaxın atalar sözü və deyimlər toplanıb.
Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov qeyd edib ki, sözügedən nəşr ölkəmizdə yaşayan xalqların ədəbi-mədəni irsi haqqında obyektiv təsəvvür yaratmağa kömək edir.
Filologiya elmləri üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı İradə Məlikovanın tərtib etdiyi kitabı aktual hesab etdiyini bildirib: “Prezident İlham Əliyev “XXI əsr: ümidlər və çağırışlar” devizi ilə Bakıda keçirilən Beynəlxalq Humanitar Forumda belə bir fikir səsləndirib: “Multikulturalizm bütün xalqları birləşdirir”. Bu münasibətlə ölkəmizdə keçirilən tədbirlərin və nəşr olunan kitabların xalqımızın mədəniyyət tarixində böyük rolu var”.
Kitabın tərtibçisi və ön sözün müəllifi İradə Məlikova çıxışında nəşri hazırlayarkən hər bir xalqın həyat şəraiti, məişət tərzi, tarixi, etnoqrafiyası, adət-ənənəsi ilə bağlı fikirləri, ifadə üsullarını saxlamağa çalışdığını deyib: “Kitabda avar, buduq, xınalıq, ingiloy, kürd, ləzgi, rutul, saxur, talış, tat və udi xalqının atalar sözü və deyimləri toplanıb. Bu atalar sözləri əsl poeziyadır. Bu folklor nümunələrindən görünür ki, multikulturalizm xalqımızın həyat tərzidir. Əsrlər boyunca Azərbaycan xalqı bir-birinin dilinə, dininə, adət-ənənəsinə dəyər verərək yaşayıb və yaşayır”.
İradə Məlikova layihədə ona mənəvi dəstək olan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Elmlər Akademiyasının Folklor İnstitutuna, eləcə də atalar sözləri və deyimləri toplayıb Azərbaycan dilinə tərcümə etməkdə yardımçı olan şəxslərə minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən etnik icma nümayəndələri, adıçəkilən qurumların əməkdaşları və qonaqlar nəşrlə bağlı fikirlərini bölüşüblər, müzakirələr aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12
Dünya
13 İyul 16:49
Siyasət
13 İyul 15:43
Siyasət
13 İyul 15:42
Siyasət
13 İyul 15:41
YAP xəbərləri
13 İyul 15:35
Elm
13 İyul 14:33
Sosial
13 İyul 14:32
Sosial
13 İyul 14:20
Elm
13 İyul 13:35
Siyasət
13 İyul 12:54
Sosial
13 İyul 12:34
YAP xəbərləri
13 İyul 12:16
Gündəm
13 İyul 11:14
Sosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30

