Görkəmli alim Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib
29.04.2017 [10:01]
Xüsusi Müalicə Sağlamlıq Kompleksi MMC-də görkəmli oftalmoloq-alim akademik Zərifə Əliyevanın anadan olmasının 94 illiyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə yüksək ziyalılığı, xanımlığı ilə hamının rəğbətini qazanan görkəmli şəxsiyyət Zərifə Əliyevanın mənalı ömür yoluna nəzər salınıb.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Hüseynbala Mirələmov Azərbaycan elminə, səhiyyəsinə misilsiz töhfələr verən tanınmış oftalmoloq alimin cəmiyyətimiz üçün layiqli vətəndaş, görkəmli ictimai-siyasi xadim yetirən bir xanımın anadan olmasının 94 illiyini təqvimin ən əlamətdar günlərindən biri kimi dəyərləndirib. O bildirib ki, mənalı ömrünü insanların sağlamlığının qorunmasına həsr etmiş Zərifə xanım ona pənah gətirənlərə xüsusi qayğı və nəvazişlə yanaşıb. Milli Məclisin deputatı vurğulayıb ki, görkəmli ictimai-siyasi xadim Əziz Əliyevin ailəsində doğulub boya-başa çatmış Zərifə xanım nəsillərə örnək olan bir ömür yaşayıb.
YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev də qayğıkeş insan və ictimai xadim Zərifə Əliyevanın həyatından, zəngin elmi fəaliyyətindən, Azərbaycanda oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən danışıb. Zərifə Əliyevanın xatirəsinin həmişə ürəklərdə yaşayacağını, onun şərəfli ömür yolunun və gördüyü fundamental işlərin heç vaxt unudulmayacağını söyləyib. Şəmsəddin Hacıyev bildirib ki, akademik Zərifə Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm töhfələr verib, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanıb. Bütün bu elmi fəaliyyəti ilə yanaşı, Zərifə Əliyeva, eyni zamanda, qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olub.
Digər çıxış edənlər də Zərifə Əliyevanın parlaq xatirəsinin daim anılacağını, xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46
Siyasət
01 Sentyabr 14:32
Dünya
01 Sentyabr 14:20
Dünya
01 Sentyabr 14:20
Siyasət
01 Sentyabr 14:19
Gündəm
01 Sentyabr 14:12
Siyasət
01 Sentyabr 13:59
Siyasət
01 Sentyabr 13:57
Dünya
01 Sentyabr 13:24
Sosial
01 Sentyabr 13:19
Siyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Gündəm
01 Sentyabr 11:18
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

