UNEC tələbələri tanınmış iş adamları ilə görüşürlər
03.05.2017 [08:39]
Türk dünyasının tanınmış iş adamlarının UNEC tələbələri ilə görüşünə start verilib. Görüşlərdə iş dünyasının tanınmış simaları öz biznes təcrübələrini UNEC tələbələri ilə bölüşəcəklər.
Açılış mərasimində çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral Türkiyə ilə Azərbaycan arasındakı dostluq, qardaşlıq əlaqələrindən danışıb. Tədrisin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə son illər UNEC-də həyata keçirilən yenilikləri müsbət qiymətləndirən diplomat tələbələrə karyerasına necə başlamasından, əldə etdiyi uğurlardan danışaraq, onlara tövsiyələrini də verib. Bildirib ki, tələbələrin özlərini iş dünyasına hazırlamaları üçün universitetdə əldə etdikləri bilik, təcrübə gələcək karyerada təməl rolunu oynayacaq. Səfir tövsiyə edib ki, iş adamlarının paylaşdıqları təcrübələri tələbələr bir fürsət kimi dəyərləndirsinlər.
UNEC-in prorektoru, professor Damət Bağırov UNEC-də həyata keçirilən yeniliklərdən danışıb. Bildirib ki, son illər universitet iş adamları ilə sıx əməkdaşlığa xüsusi diqqət yetirir. Onlarla mütəmadi görüşlər keçirilir, tədris proqramları və fənlərinin hazırlanmasında iş adamlarının təklif və tövsiyələri dinlənilir. UNEC-də praktiki fənlərin tədrisinə üstünlük verilir, müasir tələblərə cavab verən fənlər tədris olunur. İş dünyasının sıx əməkdaşlığı universitetin tədrisini daha səmərəli etməklə yanaşı, kadr problemlərinin həllində də müsbət rol oynayır. D.Bağırov iş adamlarını UNEC-lə daha sıx əməkdaşlıq etməyə dəvət edib və 5 gün davam edən müzakirələrin faydalı olacağını bildirib.
ATİB sədri Cemal Yangın iş adamlarının ali məktəblərlə qarşılıqlı əməkdaşlığının vacibliyindən danışıb. Bildirib ki, müasir tələblərə cavab verən kadr hazırlığı universitet-iş dünyası əməkdaşlığını zəruri edir. Bu baxımdan ali təhsil müəssisələri və iş dünyası münasibətlərinin inkişaf etməsində belə görüşlər böyük əhəmiyyət kəsb edir.
5 gün davam edəcək görüşlər Türk Dünyası İşlətmə Fakültəsi, Biznes və Menecment Fakültəsi və Karyera Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Xəbər lenti
Hamısına baxMaraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15

