Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda məhkəmə-hüquq islahatları beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir

Azərbaycanda məhkəmə-hüquq islahatları beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir

03.05.2017 [08:45]

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən 100-dən çox dövləti birləşdirən Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli əməkdaşlıq edərək, təşkilatın rəhbər orqanları olan İcraiyyə Komitəsində və Senatında təmsil olunur.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mayın 2-də ədliyyə naziri, Assosiasiyanın senatoru və fəxri üzvü Fikrət Məmmədovun ölkəmizdə səfərdə olan BPA-nın baş katibi Han Moraal və icraçı direktoru xanım Yanne Holst Hübner ilə görüşü olub.
Azərbaycanın Assosiasiya ilə uzun illər sıx əməkdaşlıq etdiyini vurğulayan nazir 2002-ci ildə BPA-nın İcraiyyə Komitəsinin iclasının Bakıda uğurla keçirildiyini və komitə üzvlərinin Ümummilli lider Heydər Əliyev tərəfindən qəbul olunduğunu xatırladıb, təşkilatın rəhbər şəxslərinin dəfələrlə respublikamıza səfərlər etdiyini söyləyib. Həmçinin ölkəmizin qurumun işində yaxından iştirakı, o cümlədən BPA-nın saytının və xüsusi internet şəbəkəsinin aparılması, sənədlərinin tərcümə edilərək nəşr olunması və prokurorlar arasında yayılması qeyd olunub. Dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə məhkəmə sistemində, ədliyyə və prokurorluq orqanlarında aparılan islahatlar və yeniliklər barədə faydalı fikir mübadiləsi aparılıb.
H.Moraal ölkəmizə səfərindən məmnunluğunu ifadə edərək son 25 il ərzində respublikamızın heyranedici hərtərəfli inkişafını və müsbət dəyişikliklərin geniş vüsət aldığını vurğulayıb, məhkəmə-hüquq islahatlarını, o cümlədən infrastrukturun müasirləşdirilməsini təqdir edib. Qonaq Azərbaycanın BPA ilə uğurlu əməkdaşlığını, uzun illər Assosiasiyanın işinə verdiyi dəyərli töhfələrini, güclü dəstəyini və fəal təmsilçiliyini qeyd edib. Həmçinin qarşılıqlı fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini bildirərək gələn il BPA-nın İcraiyyə Komitəsinin iclasının Bakıda yüksək səviyyədə təşkil olunacağına əminliyini söyləyib.
Görüşdə, həmçinin dünyada sənaye üsulu ilə ilk neftin 1846-cı ildə Azərbaycanda çıxarıldığı və bu günlərdə dövlətimizin başçısının həmin quyunun bərpasından sonra yaradılmış abidə ilə tanış olduğu bildirilərək qonaqlara neftlə çəkilmiş rəsm təqdim edilib.
Tədbirdə Assosiasiyanın İcraiyyə Komitəsinin Azərbaycandan olan üzvü, baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib.
Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.
Səfər çərçivəsində BPA-nın yüksək rəsmilərinin, həmçinin bölgələrdə yeni inşa olunmuş müasir məhkəmə binaları ilə tanışlığı nəzərdə tutulur.

Paylaş:
Baxılıb: 494 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31