Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Vergi orqanlarına işə qəbul olunmuş kadrlarla görüş keçirilib

Vergi orqanlarına işə qəbul olunmuş kadrlarla görüş keçirilib

24.05.2017 [09:56]

Mayın 23-də Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul edilmiş gənc kadrlarla görüş keçirilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, vergilər nazirinin 1-ci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov işə yeni qəbul olunmuş gəncləri təbrik edərək, onlara gələcək işlərində uğurlar arzulayıb. İnsan resurslarının idarə olunmasının Vergilər Nazirliyi rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlandığını vurğulayan nazirin 1-ci müavini əsası xalqımızın Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizdə aparılan iqtisadi siyasət, onun tərkib hissəsi olan vergi siyasəti, həyata keçirilən vergi islahatları barədə görüş iştirakçılarına məlumat verib.
Bildirilib ki, vergi orqanlarına işə qəbul insan resurslarının inkişaf etdirilməsi istiqamətində mühüm başlanğıc həlqədir. Vergilər Nazirliyi ölkəmizdə işə qəbulu test üsulu əsasında keçirməyə başlamış ilk mərkəzi icra hakimiyyəti orqanlarındandır və apardığı kadr siyasəti sahəsində uğurlarından biri də işə qəbul sisteminin tamamilə şəffaflaşdırılmasıdır. 2005-ci ildən başlayaraq dövlət vergi orqanlarına işə qəbul test üsulu və müsabiqə yolu ilə keçirilməkdədir. Qeyd olunub ki, namizədlərin sənədlərinin qəbulu 2008-ci ildən elektron formada - internet vasitəsilə həyata keçirilir, informasiya texnologiyalarından geniş istifadə şəffaflığın artırılması və vətəndaşların rahatlığının təmin olunması ilə yanaşı, rayonlarda yaşayan gənclərin paytaxta gəlmədən sənədlərini təqdim etməsinə şərait yaradıb.
Ümumilikdə, vergi orqanlarına işə qəbulla əlaqədar 2005-2017-ci illərdə 12 müsabiqə keçirilib, imtahanlarda 14000 nəfərdən çox namizəd iştirak edib. Müsabiqəni müvəffəqiyyətlə başa vuran 1258 nəfər şəxs vergi orqanlarında işlə təmin edilib ki, bu da hazırda vergi orqanlarında xidmət edənlərin 53,5 faizini təşkil edir. Nazirin 1-ci müavini bu il dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqədə iştirak üçün 4976 nəfər şəxsin müraciət etdiyini, onlardan 92 nəfərin test mərhələsində, 83 nəfərin isə müsahibə mərhələsində uğur qazanaraq vergi xidməti orqanlarında işlə təmin olunmaq imkanı əldə etdiyini bildirib. Xüsusi vurğulanıb ki, indiyədək keçirilmiş müsabiqələr içərisində həm müraciət edənlərin, həm də namizəd kimi qeydə alınanların sayı baxımından ən yüksək göstərici məhz bu müsabiqələrdə müşahidə edilib. 2017-ci ildə keçirilmiş son 2 müsabiqədə daha çox regionlarda yaşayan gənclərin kadr potensialına daxil edilməsinə önəm verildiyini diqqətə çatdıran S.Məmmədxanov vakant vəzifələrə təyin edilən 58 nəfərin əksəriyyətinin regionlardan olduğunu qeyd edib.
Vergi orqanlarının fəaliyyətinin xüsusiyyətlərindən söz açan S.Məmmədxanov Vergilər Nazirliyində kadrların peşə hazırlığı səviyyəsinin daim yüksəldilməsi məqsədilə insan resurslarının inkişafı konsepsiyasının uğurla həyata keçirildiyi, bilik və bacarıqlarını artırmaq üçün onlara hər cür şərait yaradıldığı barədə də gələcək vergi orqanı əməkdaşlarına ətraflı məlumat verib. Tədbirin sonunda yeni işə təyin olunmuş əməkdaşlara xidməti vəsiqələr təqdim edilib.

Paylaş:
Baxılıb: 526 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31