Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99 illiyinə həsr olunmuş konfrans keçirilib

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99 illiyinə həsr olunmuş konfrans keçirilib

27.05.2017 [10:58]

Dünən “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 99 illiyinə həsr olunmuş konfrans keçirilib.
Tədbiri giriş sözü ilə açan Səhmdar Cəmiyyətin sədr müavini Xaliq Məmmədov XX əsrin əvvəllərində baş vermiş gərgin geosiyasi hadisələr, Şərqdə ilk yaradılmış demokratik respublikanın təşəkkülü haqda danışıb. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Demokratik Respublikasını elan etdilər. ADR bütün Şərqdə ilk demokratik respublika olaraq parlamentli dövlət idi: “XX əsrin sonlarında milli mübarizəsini yenidən həyata keçirən xalqımız Ümummilli lider Heydər Əliyevin ətrafında birləşərək müstəqil dövlətçilik dəyərlərini bərpa etdi, Azərbaycan müasir, güclü bir dövlətə çevrildi. Hazırda müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünü yaşayır”.
Sonra çıxış edən Bakı Dövlət Universitetinin professoru Anar İsgəndərov deyib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması mühüm tarixi hadisə idi. “O vaxtlar xalqımıza qarşı kütləvi soyqırımı törədilirdi, Bakı tamamilə azərbaycanlılardan təmizlənmişdi. Stepan Şaumyan 20 minlik daşnak ordusu ilə ölkənin bütün regionlarında əhalini vəhşicəsinə məhv edirdi. Belə bir gərgin siyasi vəziyyətdə 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya Müsəlman Şurasının üzvləri ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya Müsəlman Şurası özünü Azərbaycan Milli Şurası, daha doğrusu, Azərbaycan Parlamenti elan etdi. Bununla, əslində, Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. 11 yanvar 1920-ci ildə Paris Sülh Konfransında Azərbaycanın müstəqilliyinin de-fakto tanınması misli görünməmiş qələbələrdən biri idi”.
Konfrans tarixçi-alimə verilən suallarla diskussiya şəklində davam etdirilib.
Arif ƏSƏDOV

Paylaş:
Baxılıb: 512 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31